"Həbs
yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
26 fevral tarixli 63 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 267 Bakı
şəhəri, 31 iyul
2014-cü il
"Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2014-cü il 18 aprel tarixli 944-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 28 aprel tarixli 418 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında
aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin qərarla təsdiq edilmiş "İstintaq təcridxanalarının
daxili intizam Qaydaları"nın 21.4-cü bəndinin birinci cümləsinə "həbs
edilmiş şəxs"
sözlərindən sonra
"məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə
icraatı zamanı"
sözləri əlavə
edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Müvəqqəti
saxlama yerlərinin daxili intizam Qaydaları" üzrə:
2.1.
1.3-cü bəndə "seçilməsi"
sözündən sonra
"və ya tutulma müddətinin uzadılması" sözləri
əlavə edilsin;
2.2. 1.5-ci
bəndin birinci cümləsinə "həbs
edilmiş şəxs"
sözlərindən sonra
"məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə
icraatı zamanı"
sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2014.- 13 avqust.- S. 1.