Mövlud Çavuşoğlu:
İşğal olunmuş
torpaqlarını azad etmək üçün siyasi və
hərbi mübarizə Azərbaycanın haqqıdır
Ermənistan
silahlı qüvvələrinin qoşunların təmas xəttində
tez-tez atəşkəs rejimini pozması Azərbaycan
torpaqlarının iyirmi faizinin işğal olunmasına
dünya birliyinin biganə münasibətinin nəticəsidir.
AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu “TRT haber” televiziya kanalına müsahibəsində söyləyib.
Siyasətçi daha sonra deyib ki, işğal altında olan torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə aparmaq Azərbaycanın haqqıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fəallığı artırmalıdırlar. Dünya birliyi anlamalıdır ki, Dağlıq Qarabağ və bu cür münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini tapmaması milli, dini və ərazi zəminində digər münaqişələrin yaranmasına səbəb olcaq.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan. - 2014.- 13 avqust.- S.2.