Azərbaycan ilə Serbiya arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyində (MSN) görüş olub.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir Yavər Camalov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti və sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək “ADEX-2014” birinci Azərbaycan beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milanko Bajçeto da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in elektron hesablayıcı maşınlar zavodunda istehsal prosesini izləyib, nazirliyin müəssisələrində hazırlanmış məmulatlarla tanış olub.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.2.