Respublika Komissiyasının növbəti iclası keçirilib

 

Avqustun 12-də Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasa sədrlik edən Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının  istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaqmotor yağlarına görə yardım verilir. Bu məqsədlə 2014-cü ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.     

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 27 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası qalan 27 rayon (şəhər) komissiyası üzrə 180877 istehsalçıya 644642,07 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə 25785682,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Eyni zamanda Respublika  Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuşAqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları”nın 1.2, 2.3 və 2.8 bəndlərinə uyğun olaraq  4 satıcı təşkilat, o cümlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Aqroxim” MMC və “İ.E.R. ltd” MMC  tərəfindən 8544 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 68029,37 hektara görə 50 faiz güzəştlə satılmış 12933,9 ton mineral gübrə üçün 2938373,7 manat dövlət büdcəsi vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edibbununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim olunub.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.4.