Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinin
üzvü olub
Nizami
Gəncәvi Beynәlxalq Mәrkəzinin Baş Katibliyi
qurumun beynәlxalq әlaqәlәrini güclәndirmək,
həmçinin Diasporla İş üzrә Dövlәt
Komitәsinin dәstəyi ilə təşkil ediləcək
III Qlobal Müştәrәk Cәmiyyәtlәr
Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı
Tokioya sәfәr edib.
Diasporla İş üzrә Dövlәt Komitәsindən AzərTAc-a bildirilib ki, sәfәr zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə qlobal problemlәr, Azәrbaycanla Yaponiya arasında mәdәni vә elmi әməkdaşlığın möhkәmləndirilmәsi istiqamәtindә geniş fikir mübadilәsi aparılıb.
Tokioda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koiçuro Matsuura, Sasakava Sülh Fondunun baş mәslәhәtçisi Yoşiaki Sasaki, hökumətin iqtisadi mәsələlər üzrә sabiq müşaviri vә Çiba Universitetinin prezidenti Horuo Şimada, Xarici Әlaqәlәr Komissiyasının beyin mәrkәzlәrindәn biri olan Genron NPO şirkətinin Prezidenti Yasuşi Kudo, həmçinin Şәrqi Asiya Cәmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cәmiyyəti, İnkişaf etmәkdә olan iqtisadiyyatlar institutunun rәhbәrliyi ilә görüşlәr keçirilib. Eyni zamanda, səfər çərçivəsində dünyanın nәhәng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbәrliyi ilә dә müzakirәlәr aparılıb.
Müzakirәlәrin sonunda Yaponiyanın sabiq Baş Naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura vә həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildә Bakıda keçiriləcәk III Müştərәk Cəmiyyәtlәr Forumuna dəvət olunub.
Qeyd edək ki,
2015-ci il Forumu
çәrçivәsindә müzakirә ediləcək
mövzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin
yaradılmasında onların rolu olacaq.
Azərbaycan. - 2014.- 13 avqust.- S. 4.