Son dörd ildə Gəncə tamamilə dəyişib

 

"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiya çərçivəsində Qusar rayonundan Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyaya gələn qrupun tərkibində Qusar şəhərindəki 1 nömrəli orta məktəbin IX sinif şagirdi Gülzar Allacova da vardır.

Gəncəyə heyranlıqla tamaşa edən qusarlı şagird AzərTAc-a müsahibəsində dedi ki, hələ də gözlərimə inanmıram. Qısa vaxt ərzində Gəncə şəhəri tamamilə dəyişib. Atam hərbçi olduğu üçün 4 il əvvəl ailəmizlə birlikdə bu şəhərdə yaşamışıq. Həmin vaxtdan keçən dövr ərzində şəhər həm böyüyüb, həm də gözəlləşib. Yeni binalar, xiyabanlar, parklar göz oxşayır. Söz yox ki, bütün bunlar dövlət başçısı İlham  Əliyevin gündəlik diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycanın tərəqqisi naminə əlindən gələni əsirgəməyən Prezidentimizə minnətdaram.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.