Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərində olub

 

Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərində olan Akademik Milli Dram Teatrının kollektivi C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış "Anamın kitabı" dramını "Danışan gəlincik" uşaq tamaşasını nümayiş etdirib. Hər iki tamaşa böyük maraqla qarşılanıb.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. "Anamın kitabı" yüksək ideyasına dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.

 A.Şaiqin əsəri əsasında hazırlanan "Danışan gəlincik" tamaşasının  isə quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədovadır.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 8.