Azərbaycan tarixinin minillik dövrü Vatikanda

 

Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Vatikan Məxfi Arxivində inidiyədək 700-dən çox mənbə araşdırılıb Azərbaycan tarixinə dair italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol s. dillərdə 85 sənəd aşkar olunub. Həmin sənədlər Azərbaycan tarixinin minillik dövrünü (X-XX əsrlər) əhatə edir. Onların arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar s.) Roma papaları ilə yazışmalarını əks etdirən məktublara da rast gəlinib.

Tarix elmləri doktoru Fərid Ələkbərlinin Vatikanın Məxfi Arxivinə Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətlərinin məqsədi burada Azərbaycana aid tarixi sənədlərin ilkin araşdırmaya cəlb olunması idi. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Vatikanda Azərbaycanla bağlı 153 yeni tarixi sənəd əlyazma aşkarlayıb.

Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı isə 400-dən çox qədim əlyazma tədqiq  edilib. Bu tədqiqatın nəticəsində məlim olub ki, həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə var imiş.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 8.