Sosial tərəfdaşlığın mükəmməl
nümunəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına və şəffaf biznes mühitinin formalaşmasına davamlı dəstəyi sayəsində ölkəmizdə işgüzar mühit canlanmış, sahibkarlıq inkişaf etmişdir. Hazırda ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi artmaqda davam edir. Ölkədə aparılan iqtisadi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişafın davam etdirilməsini təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına və şəffaf biznes mühitinin formalaşmasına davamlı dəstəyi sayəsində ölkəmizdə işgüzar mühit canlanmış, sahibkarlıq inkişaf etmişdir. Hazrda ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi artmaqda davam edir.
Ölkədə aparılan iqtisadi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişafın davam etdirilməsini təmin etmişdir.
Ölkə başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı isə bu sahədə ötən illərdən başlamış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilməlidir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində səkkiz istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Bu nailiyyətlərin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar və konfranslar keçirir.
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2014-2015-cü illər üçün razılaşdırılmış müvqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş (BKS) bağlamışlar.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrin yerinə yetirilməsinə xidmət edir.
Baş Kollektiv Sazişin baglanılmasında əsas məqsəd ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin və əmək məhsuldarlığının yüksəldilməsinə, sabit məşgulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, isçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsinə, sosial və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin güclənməsinə istiqamətlənən sosial iqtisadi siyasətin təmin edilməsidir.
Baş Kollektiv Saziş yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasətinin iqtisadi inkişafın dayanıqlığının, istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılmasına, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin rifahının artırılmasına yönəldilməlidir.
Bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin açılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımının ayrılmasına diqqət artırılacaq.
Yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək nəzərdə tutulur.
Regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarının yaradılmasını başa çatdırmaq və bu informasiya mənbələri haqqında məlumatın yayılması üçün tədbirlərin görülməsi planlaşdırılır.
Ölkə gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səylərin artırılması, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsinin təmin edilməsi bir öhdəlik kimi götürülür. Kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin təmin edilməsi məqsədilə ASK yüksək səviyyəli müzakirələrdə iştirak edərək öz prinsipial mövqeyini daima nümayiş etdirmişdir.
Baş Kollektiv Sazişdə həmçinin işçinin layiqli əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edilir.
Baş Kollektiv Sazişdə tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır.
Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilməsi dəstəklənilir.
- əmək bazarına dair informasiya sisteminin təkmilləşdirilməsi;
- məşğulluq sahəsində dövlət
siyasətinin səmərəliliyinin və dövlət xidmətlərinin
keyfiyyətinin artırılması;
- işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması
və onun peşəkar mobilliyinin inkişafı;
- əmək bazarı və məşğulluq
sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi;
- əmək miqrasiyasının səmərəliliyinin
artırılması.
Baş Kollektiv Sazişdə gənclərin məşğulluğunun
təmin edilməsinə, onların kənd yerlərində
çalışmasını həvəsləndirən
imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək
şəraitinin yaxşılaşdırılmasına, həyat
səviyyəsinin yüksəldilməsinə, tələbə
və şagirdlərin, gənc işçilərin və
mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə
istiqamətləndirilən tədbirlərin dəstəklənməsi
tövsiyə olunur.
Azərbaycan
Respublikası vətəndaşlarının sosial müdafiəsi
üzrə hüquqlarının təmin edilməsi
üçün əhalinin
sağlamlığının mühafizəsi üzərində
ictimai nəzarətin gücləndirilməsi, İİV/QİÇS-ə, şəkərli
diabet xəstəliyinə və digər xroniki xəstəliklərə
tutulanların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində tədbirlərin davam etdirilməsi, məktəbəqədər
təhsil müəssisələrində uşaq
qidasının keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə
müvafiq tədbirlərin həyata keçirilməsinin davam
etdirilməsi və s. zəruri
hesab edilir.
Əmək hüquqlarının müdafiəsi, əməyin
mühafizəsi, texniki və ekoloji təhlükəsizlik əməkdaşlığın
əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Əməyin mühafizəsi üzrə mütəxəssislərin
hazırlanması, ixtisaslarının artırılması, təcrübə
mübadiləsinin aparılması üçün şərait
yaratmaq və əməyin
mühafizəsi tələblərinin gücləndirilməsi
məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi
üzrə təkliflər hazırlanması bir məqsəd
kimi qarşıya qoyulmuşdur.
ASK tərəfindən
qarşılıqlı əlaqələr sosial tərəfdaşlıq
prinsipləri əsasında inkişaf etdirilmiş, müəyyən
edilmiş öhdəlik və şövdələşmələrə
tam riayət olunaraq birgə işin aparılması nəticəsində
ölkə
iqtisadiyyatının hər bir sahəsində
uğurlu nailiyyətlər əldə edilmişdir.
Konfederasiya
sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə
işi, Beynəlxalq İşəgötürənlər Təşkilatında,
Sənayeçilərin və Sahibkarların Beynəlxalq
Konqresində üzvlüyü
ləyaqətlə davam etdirmiş, respublikada fəaliyyət
göstərən bir çox dövlətlərin və Azərbaycanın
xaricdəki səfirlikləri, beynəlxalq təşkilatlarlar,
o cümlədən BƏT,
Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa
Birliyinin Komissiyaları və təşkilatları, Qara Dəniz
və Türkdilli ölkələrin İqtisadi Əməkdaşlıq
Təşkilatlarının Biznes Şuraları ilə əməkdaşlığı
daha da sıx olmuşdur.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı görülən işlər, bu sahədə həyata
keçirilən tədbirlər ölkənin regionlarında
qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin
sabit inkişafına zəmin yaratmış, ölkədə
yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində səmərəli işlər
görülmüşdür. Ölkədə
azad sahibkarlıq mühitinin formalaşması fərdi
sahibkarlıq kimi yeni təsərrüfatçılıq
formalarının təşəkkül tapmasına təkan
vermişdir. ASK ilə İndoneziya Ticarət Sənaye
Palatası, Tehran Ticarət, Sənaye və Kənd Təsərrüfatı
Palatası, Litva İşəgötürənlər
Konfederasiyası, İngiltərənin məşhur
"Economist" jurnalı ilə,
İtaliya-Azərbaycan Ticarət İnstitutu, Macarıstan
Sahibkarlar və Sənayeçilər Konfederasiyası,
Türkiyədəki Azərbaycan İş adamları Birliyi,
Alman Azərbaycan Məsləhət Şirkəti, Koreya Sənaye
Assosiasiyası və Azərbaycan
Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Universiteti, Qafqaz Universiteti,
AMEA-nın İqtisadiyyat
İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi ilə əməkdaşlıq
müqavilələri imzalanmış, 2014-cü ilin 6 ayı
da daxil olmaqla bağlanan əməkdaşlıq müqavilələrinin
sayı 71-ə çatdırılmışdır.
İqtisadiyyat
və Sənaye Nazirliyi, Milli
Qeyri-Hökümət Təşkilatları Forumu, Türkiyənin
Dış Ekonomik İlişkilər Kurulu (DEİK), Auditorlar,
Fransa-Azərbaycan ticarət palataları, İteka Caspian MMC,
Litva işəgötürənlər konfederasiyası, Azərbaycan
Mikromaliyyə və Gəncə şəhər sahibkarlar
assosiasiyaları və "Marketinq Mütəxəssislər"
ictimai birliyi, banklar ilə də imzalanmış əməkdaşlıq
müqavilələrindən tərəflər bəhrələnməkdədir.
Bunlarla
yanaşı, Konfederasiya Azərbaycan Korporativ Direktorlar və
Menecerlər Assosiasiyası, Qadın Dünyası İctimai
Birlikləri, Türk Standartları İnstitutu, ATİB,
TUSİAB, Azərbaycan-Rusiya işgüzar Əməkdaşlıq
Palatası, Palmaliv şirkəti ilə də əməkdaşlıq
edir.
Konfederasiya
- Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Konfederasiya tərəfindən
keçirilən Azərbaycan-Xorvatiya, Azərbaycan-İtaliya, Azərbaycan-Rusiya,
Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Almaniya,
Azərbaycan-Türkiyə, Azərbaycan-Latviya, Azərbaycan-Macarıstan,
Azərbaycan-Belarus, Azərbaycan-Andorra, Azərbaycan-Niderland, Azərbaycan-Qazaxıstan,
Azərbaycan-Çexiya, Azərbaycan-Slovakiya, Azərbaycan-Serbiya,
Azərbaycan-Sloveniya, Azərbaycan-Polşa, Azərbaycan-Hollandiya,
Azərbaycan-Bolqarıstan, Azərbaycan - İtaliya, Azərbaycan-İsveçrə,
Azərbaycan- Çin, Azərbaycan-Pakıstan, Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri, MDB ölkələri, Asiya
İnkişaf Bankı və digər biznes-forumlarda
İqtisadiyyat və Sənaye
Nazirliyinin Bakı şəhərində, Quba,
Xaçmaz, Göyçay, Gəncə-Qazax və Qəbələ,
Şəmkir, Salyan bölgələrində
keçirdiyi tədbirlərdə yaxından iştirak
etmiş, xarici iş adamları ilə ASK-da biznes-forumlar təşkil
olunaraq tədbirlərdə Azərbaycan sahibkarlarının
iştirakı təmin olunmuşdur.
Azərbaycan
Sahibkarlar Konfederasiyası öhdəliklərin həyata keçirilməsi üçün həm müvafiq
dövlət və hökumət
orqanları ilə birgə, həm də öz üzvləri
vasitəsilə zəruri tədbirlər
həyata keçirir. İqtisadi inkişaf strategiyasının
təməli olan iqtisadi qanunvericiliyin təkmilləşdirilməsində
yaxından iştirak edir. ASK-nın Rəyasət Heyəti
sosial-iqtisadi məsələləri diqqət mərkəzində
saxlayaraq, regionlarda yeni
sahibkarlıq ittifaqlarının Xaçmazda,
İsmayıllıda, Mingəçevirdə, Tovuzda, Şəmkir
və Sumqayıt şəhərlərində
yaradılmasına kömək göstərilmiş və
bu sahədə işlər davam etdirilir.
Konfederasiya 2014-cü ildə də uğurlu fəaliyyətini
davam etdirir.
ASK-nın əhalinin həyat səviyyəsinin və gəlirlərinin
artırılması, yoxsulluğun azadılması istiqamətində
üzərinə götürdüyü öhdəliklərin
icrasını təmin etmək məqsədilə bir
çox kompleks tədbirlər həyata keçirir.
Respublikada həyata keçirilən məqsədyönlü
islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar
olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə
imkan yaradır. İctimai həyatın bütün sahələrində
dönüş yaranmış, əhalinin maddi rifah
halının yaxşılaşmasında nəzərə
çarpacaq uğurlar qazanılır.
Konfederasiya layiqli əməyi Azərbaycan
Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin ən
əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Beynəlxalq Əmək Təşkilatının
konsepsiyasına əsasən istər kişi,
istərsə də qadınlar üçün azad, bərəbərhüquqlu,
təhlükəsiz və insan ləyaqətinə hörmət
edən tələblərə cavab verən layiqli və məhsuldar
işlə təminat imkanlarının təkmilləşdirilməsi
öz fəaliyyətində ən əsas istiqamətlərdən
biri kimi qiymətləndirir. Hər bir kəsin layiqli əməklə
təmin olunması milli və beynəlxalq siyasətin və
milli inkişaf konsepsiyasının, eləcə də
Minilliyin İnkişaf Məqsədlərinə nail
olunması yolunda ən önəmli səylərin ayrılmaz
hissəsi olan yoxsulluğun azaldılması strategiyası da
daxil olmaqla qarşıda duran vəzifələrin öhdəsindən
layiqincə gəlinməsi Konfederasiyanın əsas məqsədidir
Ölkədə
aparılan məqsədyönlü siyasət nəticəsində
2014-cü ilin altı ayında 65 min yeni iş yeri
açılmışdır ki, onlardan 52 mini daimi iş
yeridir. 2003-cü ildən bu günə qədər 1 milyon 300
min iş yeri açılmışdır ki, onlardan təqribən
1 milyonu daimi iş yeridir. Demək olar ki,
işsizlik böyük dərəcədə aradan
qaldırılmışdır. Sosial məsələlərin
həlli bu altı ayda da diqqət mərkəzində
olmuşdur. Orta əməkhaqqı artıb, hazırda 440
manat və ya 560 dollar təşkil edir.
Vətəndaşların sosial müdafiəsinin
gücləndirməsi, sosial sektorun inkişafı istiqamətin
müxtəlif sosial proqramların həyata keçirilməsini
uğurla davam etdirmişdir. ASK bu istiqamətdə müvafiq
işlər aparmış, Baş Kollektiv Sazişin öhdəliklərinin
həyata keçirilməsi üçün səy
göstərmişdir.
Uşaq əməyinin, məcburi əməyin və
insan alverinin aradan qaldırılmasını təmin edən
Əmək miqrasiyasını tənzimləyən dövlət
sosial proqramlarını dəstəkləyərək öz təkliflərini
vermişdir.
Ölkədə
uşaq hüquqlarının müdafiəsi sahəsində bir
sıra dövlət
orqanları və ictimai birliklər ilə yanaşı Sahibkarlar Konfederasiyası da iş aparır.
"Uşaqların
sağlamlaşdırılması və istirahəti haqqında" qanun layihəsinə
Sahibkarlar Konfederasiyasının
təcrübəsinə əsaslanaraq bir sıra
rəy və təkliflər
verilmişdir. Baş Kollektiv Sazişdə bu məsələlərə aid öhdəliklər əks olunmuşdur.
Əmək
miqrasiyasını tənzimləyən tədbirlərin icrası üçün Azərbaycan
Sahibkarlar Konfederasiyasının
Avropa Birliyi, ATƏT, BƏT və BMQT-nin iştirakı
ilə keçirilən layihələrin icrasında yaxından iştirak edir və bu sahədə
qəbul olunmuş sənədlərə əsaslanaraq öz
fəaliyyətlərini davam
etdirir.
Hazırda
sığorta - pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" na uyğun olaraq
həyata keçirilir.
Pensiyaların baza və
sığorta hissələrinin
artımından sonra əmək pensiyalarının orta aylıq məbləği 172,7
manata, yaşa görə əmək pensiyaları 190,9 manata
çatdırılmışdır. Yaşa
görə pensiyalar üzrə əvəzetmə əmsalı
isə 45 faizə yüksəlmişdir.
Nəticədə
pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Halbuki,
2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə
aşağı məbləğdə ifadə olunurdu.
Hər
bir inkişaf etmiş ölkədə olduğu kimi Konfederasiya
işçilərin həyatı və
sağlamlığını əsas dəyərlər kimi
qiymətləndirir. Bu məqsədlə
işçilərin həyat və
sağlamlığının qorunması əməyin
mühafizəsi sahəsində dövlət siyasətinin və
strategiyasının başlıca istiqamətlərinin müəyyən
edilməsində yaxından iştirak edib və öz
tövsiyələrini vermişdir. Konfederasiyanın əməyin
mühafizəsi sahəsində siyasəti BƏT-in 187-ci Konvensiyasına
uyğun olaraq təhlükəsiz əmək şəraitinin
yaradılmasına yardım etməkdir. Uzun illərin
təcrübəsi göstərir ki, müəssisədə əməyin
səmərəli mühafizəsinə ancaq sistemli, yeni
kompleks şəkildə yanaşmaqla nail olmaq
mümkündür.
Konfederasiya sosial tərəfdaşlarla birlikdə əməyin
mühafizəsi üzrə mütəxəssislərin
hazırlanması, ixtisasların artırılması, təcrübə
mübadiləsi aparmaq üçün birgə seminarlar və
kurslar təşkil edilməsi, əməyin mühafizəsi tələblərinin
gücləndirməsi məqsədilə əmək
qanunverciliyinin təkmiləşdirilməsi üzrə təkliflər
hazırlamışdır. İş yerlərində
əməyin mühafizəsi normaları və qaydalarına
riayət olunması məqsədilə işəgötürənlər
fərdi mühafizə vasitələrindən istifadə edilməsi,
onları hansı risklərdən qoruması barədə
maarifləndirmə işləri aparırlar.
Əməyin
mühafizəsi tələblərinin gücləndirilməsi
məqsədilə əmək qanunverciliyinin təkmilləşdirilməsində,
Beynəlxalq Əmək Təşkilatının "Əməyin
təhlükəsizliyi və gigeyinası haqqında" 155
nömrəli, "Kənd təsərrüfatında əməyin
təhlükəsizliyi və gigeyinası haqqında" 184
nömrəli, "Əmək təhlükəsizliyinin və
gigeyinasının təmin edilməsi haqqında" 187
nömrəli Konvesiyalara qoşulması üçün tədbirlərin
keçirilməsində, "Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerşi mənbələrindən
istifadə olunması barədə Dövlət
Proqramı" üzrə tədbirlərin həyata
keçirilməsində Azərbaycan Sahibkarlar
Konfederasiyası yaxından
iştirak etmiş, təkliflər
hazırlamışdır.
Konfederasiya
tərəfindən regionlarda mövcud potensialdan səmərəli
istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
bərpasına, daha da genişləndirilməsinə,
ixracyönümlü və idxalı əvəz edən məhsul
istehsalının stimullaşdırılmasına və
sahibkarlıq fəaliyyətinin artırılmasına
xüsusi diqqət verilmişdir.
Əhalinin sağlamlıq mühafizəsini təmin etmək məqsədi ilə ekolojı problemlərin aradan qaldırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə mövcüd olan layihələr, proqramların, planların həyata keçirilməsində ASK fəal iştirak edir.
Biznes mühitinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunmuşdur. Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində ASK-nın mütəxəssisləri çalışır və onlar tərəfindən sahibkarlara göstərilən xidmət işi yaxşılaşdırılmışdır. Hazırda fəaliyyətdə olan Vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayı 38-dir və onların sayının artırılması istiqamətində iş aparılır.
ASK sosial partnyorluq sistemini inkişaf etdirməyə böyük önəm verərək sosial-iqtisadi siyasətin işlənməsi və həyata keçirilməsi məsələləri üzrə daim məsləhətləşmələr aparmış, sosial əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ-hüquqi aktların layihələrin hazırlanmasında və müzakirəsində fəal iştirak edərək öz təkliflərini vermişdir. Sosial tərəfdaşlıq, həmçinin BƏT-in Konvensiyalarının birgə müzakirəsi və ya ratifikasiya edilməsi üzrə birgə məsləhətləşmələrin aparılmasında da öz əksini tapmışdır.
Konfederasiya Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye, Vergilər, Əmək və Əhalinin sosial müdafiəsi, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, bir qrup Dövlət Səhmdar Cəmiyyətləri və şirkətləri ilə, Ombudsman aparatı ilə yaxından əməkdaşlıq edərək onların təşkil etdiyi tədbirlərdə iştirak etmiş, onlar da Konfederasiyanın tədbirlərinə dəvət olunmuşlar.
Baş Kollektiv Sazişin müddəalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi Konfederasiyada müzakirə olunmuş və qəbul olunması üçün tövsiyələr verilmişdir.
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasında əsas məqsəd sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən etmək üçün təkliflər vermək, sosial əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədilə sosial dialoqun inkişafına dəstək vermək, Baş Kollektiv Sazişin layihəsinin hazırlanmasında işlərin əlaqələndirilməsi, sosial-əmək münasibətləri, əhalinin məşgullugu, əmək miqrasiyası, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, sosial təminat sahəsində qanun və digər normativ-hüquqi aktların və dövlət proqramlarının layihələrinin hazırlanması və tədbirlərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması və s. təşkil edir.
Konfederasiya İtaliyanın Turin şəhərində "Mərkəzi Asiya və Qafqaz ölkələrində üçtərəfli sosial dialoqun milli mexanizminin gücləndirilməsi" mövzusunda keçirilən seminarda ASK-nın, ƏƏSMN-nın və AHİK-nın əməkdaşları iştirak ediblər. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Beynəlxalq İşəgötürənlər Təşkilatının Cenevrədə keçirilən 101-ci Əmək Konfransının sessiyasında Azərbaycan hökümətinin və Azərbaycan Həmkarlar Konfederasiyasının nümayəndə heyəti ilə birlikdə iştirak etmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Sazişin müddəalarını həyata kecirmək ücün bütün vasitələrdən istifadə edərək müstəqillik yollarında inamla irəliləyən doğma Azərbaycanın, o cümlədən sahibkarlığın inkişafının təmin olunması ücün əlindən gələni edəcəkdir.
Məmməd
MUSAYEV,
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti
Azərbaycan. - 2014.- 12 avqust.- S. 8.