Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

 

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimləri təbrik edərək deyib: Bu gün sizinlə görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir fikrini diqqətə çatdırmaq istəyirəm: “O ölkələr inkişaf edir ki, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur”. Həqiqətən də ölkələrin inkişafı onların iqtisadi qüdrəti ilə deyil, elmin və təhsilin səviyyəsi ilə ölçülür. Güclü iqtisadiyyatın qurulmasında ali, orta ixtisas və peşə təhsilinin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bu, ondan irəli gəlir ki, hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyir. Güclü kadr potensialı olmadan isə bunu təmin etmək mümkün deyil. Azərbaycanın inkişafının gənc milli kadrların yetişməsindən, təhsilin səviyyəsindən asılı olduğunu görən Ümummilli Liderimiz ötən əsrin 70-ci illərindən bu sahəyə diqqəti artırmış, həmin tarixdən Ulu Öndərin adı ilə bağlı olan təhsil strategiyası xalqımızın intellektual potensialının yüksəlişinə öz töhfəsini vermişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Ümummilli Liderimiz təhsili milli dövlət quruculuğunun vacib şərti kimi əsas vəzifələr sırasına çəkmiş, Azərbaycan təhsili milli məqsəd və mənafelər əsasında qurularaq beynəlxalq təhsil sisteminə inteqrasiya olunmuşdur.

Qeyd olunub ki, Ümummilli Liderimizin təhsillə bağlı müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycanda uğurla yerinə yetirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında təhsil sistemi dinamik inkişaf yoluna çıxıb. Son 10 ildə muxtar respublikada 56 min 926 şagird yerlik 142 orta məktəb binası tikilibya əsaslı şəkildə yenidən qurulub. Ümumtəhsil məktəblərinə 3409 kompyuter dəsti verilib, hər 12 şagird bir kompyuterlə təmin olunub. Təhsil müəssisələrindəki kompyuterlərin 84 faizi internetə qoşulub, 600-ə yaxın elektron lövhə quraşdırılıb.

Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır. Ali məktəblərə qəbulun təhlilindən görürük ki, yüksək bal toplayanların sayı bu il də artıb. 2013-cü ildə tələbə adını qazananların 312-si 500-dən yuxarı bal topladığı halda, 2014-cü ildə 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərib.

Müdriklərin “Gənc nəslin təhsillənməsi onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir”, - fikrini diqqətə çatdıran Ali Məclisin Sədri deyib: Gənclər sosial-iqtisadi inkişafı təmin edən, cəmiyyəti irəliyə doğru hərəkətə gətirən qüvvədir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi də ölkəmizin tərəqqisinə və inkişafına öz töhfəsini verməkdədir.

Ali Məclisin Sədri gənclərə müraciət edərək deyib: Yeni cəmiyyət quruculuğunda sizin üzərinizə mühüm vəzifələr düşür. Daim bu vəzifələri düşünməli, onun icrasına çalışmalısınız. Vəzifə - birinci növbədə yaxşı təhsil almaqdan ibarətdir. Yaxşı təhsil almadan intellektual səviyyəni yüksəltmək, kamil mütəxəssis və əsl vətəndaş kimi yetişmək mümkün deyil. Öz üzərinizdə daim işləməli, mütaliə etməlisiniz. İnformasiya texnologiyalarının sirlərinə dərindən bələd olmalı, müasir elmi-texniki yenilikləri öyrənməlisiniz. Bu gün gəncliyin təhsildə əsas missiyası istənilən sahə üzrə mütəxəssis kimi yetişmək, Vətən üçün, xalq üçün faydalı olmaqdır. Çalışmaq lazımdır ki, verilən təhsil yalnız qazanılmış biliklə məhdudlaşmasın. Gənclər öz dünyagörüşlərini inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlidirlər. Müasir həyat insanlardan daha çox bilik və təcrübə tələb edir. Ona görə də siz təhsil almaqla yanaşı, həm də seçdiyiniz sahə üzrə yaxşı mütəxəssis kimi yetişməli, özünüzü cəmiyyət üçün hazırlamalısınız. Hansı sahədə işləməyinizdən və harada yaşamağınızdan asılı olmayaraq daim doğma Azərbaycanımıza sədaqətli olun!

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarətdir” fikrini xatırladıb, gənclərə Azərbaycanımızı ümummilli lider Heydər Əliyev kimi sevməyi, Azərbaycan naminə çalışmağı və fədakarlıq göstərməyi arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Hazırda Naxçıvan şəhərində 9 nömrəli, Şərur rayonunda Püsyan, Dizə, Kürkənd, Axura kənd tam ortaDiyadin kənd ümumi orta, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Qahab kənd tam orta, Naxışnərgiz kənd ümumi orta, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəbləri, eyni zamanda, Sədərək və Kəngərli rayon təhsil şöbələri üçün inzibati binalar, Kəngərli rayonunda şahmat məktəbi və Şərur rayonunda texniki peşə və sürücülük məktəbi üçün binalarda tikintiya əsaslı yenidənqurma işləri aparılır. Bütün bunlarla yanaşı, Şərur rayonunda Cəlilkənd, Babək rayonunda Qoşadizə, Güznüt, Ordubad rayonunda internatŞahbuz rayonunda Gömür kənd tam orta məktəb binaları əsaslı təmir olunur.

2013-2014-cü tədris ilində ali məktəblərə qəbul göstəriciləri haqqında məlumat verən Piri Nağıyev bildirib ki, bu il məktəbi bitirən 3993 nəfərdən 3115-i aliorta ixtisas məktəblərinə sənəd verib. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfər olub. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 174 nəfər təşkil edib. Muxtar respublikada həm orta ixtisas təhsili müəssisələrinə, həm də hərbi təhsil sahəsinə maraq xeyli artıb. 2014-2015-ci tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə muxtar respublika üzrə sənəd verən 1760 nəfərdən 909-u cari ildə IX sinfi bitirənlər, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd verən 1020 nəfərdən isə 990-ı muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləridir.

Qeyd olunub ki, bu il aliorta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i tələbə adını qazanıb. Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı burada fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük veriblər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 156 nəfəri Naxçıvan Dövlət Universitetinə qəbul olunub. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medala layiq görülüb.

Valideynlər adından çıxış edən Azərbaycan Respublikasının Əməkdar Müəllimi Səidə Səfərova qeyd edib ki, muxtar respublikanın hərtərəfli inkişafından təhsilə də böyük pay düşüb, burada şagird və tələbələrin təhsil almaları üçün hər cür şərait yaradılıb. Təkcə şəhər və rayon mərkəzlərində deyil, eləcə də ucqar dağ kəndlərində tikilən məktəblər gənclərin rahat və yüksək səviyyədə təhsil almasını təmin edir. Bu şəraitin nəticəsi göz qabağındadır. Hər il yüksək bal toplayanların sayı artır.

Övladının 620 bal toplayaraq Bakı Dövlət Universitetinin kompyuter elmləri ixtisasına qəbul olunduğunu bildirən Səidə Səfərova yaradılan şəraitə görə valideynlər adından minnətdarlıq edib.

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin məzunu Gültac Zeynalzadə çıxışında bildirib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumalarına şərait yaradır. Muxtar respublikada təhsil sahəsinin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər gənclərin parlaq gələcəyindən xəbər verir. Gültac Zeynalzadə göstərilən qayğıya görə tələbə-gənclər adından minnətdarlıq edib, savadlı, vətənpərvər gənclər kimi yetişəcəklərinə və göstərilən etimadı doğruldacaqlarına söz verib.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf və nəticələr” kitabı və pul mükafatı təqdim olunub.

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 3.