"Dövlət
metroloji nəzarətini
həyata keçirən
vəzifəli şəxslərin
attestasiyası Qaydası"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 268
Bakı
şəhəri, 31 iyul
2014-cü il
"Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 13 iyun tarixli
686-IVQ nömrəli Qanununun
tətbiqi və "Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Dövlət metroloji
nəzarətini həyata
keçirən vəzifəli
şəxslərin attestasiyası
Qaydası" təsdiq
edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 31 iyul
tarixli 268 nömrəli
qərarı ilə təsdiq edilmişdir
Dövlət metroloji nəzarətini
həyata keçirən
vəzifəli şəxslərin
attestasiyası
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
15.4-cü maddəsinə
əsasən, Azərbaycan
Respublikasının Əmək
Məcəlləsinə və
“Dövlət qulluğu
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq hazırlanmışdır və
dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli
şəxslərin (bundan
sonra – şəxs) attestasiyası qaydasını müəyyən
edir.
1.2. Attestasiyanın
keçirilməsinin əsas
məqsədləri aşağıdakılardır:
1.2.1. dövlət metroloji nəzarətini həyata keçirərkən
qanunvericiliklə müəyyən
edilmiş hallarda iradnamə və tələbnamələrin
verilməsi, habelə
inzibati xəta haqqında protokol tərtib edən dövlət müfəttişlərinin
bu sahəni tənzimləyən qanunvericilik
aktlarına dair bilik səviyyələrini
qiymətləndirməklə, onların tutduğu vəzifəyə uyğun
gəlib-gəlmədiyininmüəyyənləşdirilməsi;
1.2.2. şəxsin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi, peşəkarlığın və
əməyin səmərəliliyinin
artırılması;
1.2.3. şəxsin əlavə təhsilə
zərurət dərəcəsinin
müəyyənləşdirilməsi.
2. Attestasiyanın
keçirilməsi qaydası
2.1. Hər bir şəxs
beş ildə
bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
Tutduğu vəzifədə
1 (bir) ildən az çalışan
şəxs növbəti
attestasiyadan keçirilmir.
2.2. Attestasiya obyektiv surətdə, bu məqsədlər üçün
yaradılmış attestasiya
komissiyası tərəfindən
həyata keçirilir.
2.3. Attestasiya komissiyası sədrdən, katibdən və ən azı digər üç komissiya üzvündən ibarət
tərkibdə təsdiq
edilir.
2.4. Attestasiyanın keçirilməsinin
konkret vaxtı attestasiyanın başlanmasına
ən geci 1 (bir) ay qalmış attestasiyadan keçməli
olan şəxsin nəzərinə çatdırılır.
2.5. Attestasiya komissiyasına aşağıdakı sənədlər
təqdim edilir:
2.5.1. attestasiyadan keçməli
olan şəxsin bilavasitə rəhbəri
tərəfindən hazırlanmış
xidməti xasiyyətnamə;
2.5.2. müvafiq sahə
üzrə ixtisasartırma
kurslarını bitirmək
haqqında sənəd
(mövcud olduğu halda);
2.5.3. əvvəlki attestasiyaya dair attestasiya vərəqəsi
(ilk dəfə attestasiyadan
keçən şəxslərə
şamil olunmur).
2.6. Attestasiyadan keçməli
olan hər bir şəxsə attestasiyanın başlanmasına
ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri
tərəfindən hazırlanmış
xidməti xasiyyətnamə
verilir və həmin şəxs ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə şəxsin xidməti
fəaliyyətinə qiymət
verilir, fərdi xüsusiyyətləri, güclü
və zəif cəhətləri, keçən
dövr ərzindəki
işinin nəticələri
göstərilir.
2.7. Attestasiyadan keçən şəxsin bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası şəxsin
fəaliyyəti haqqında
onun məlumatını
dinləyir və təqdim olunan materialları nəzərdən
keçirir.
2.8. Attestasiya komissiyasının
üzvləri tərəfindən
attestasiyadan keçən
şəxsə yalnız
standartlara və ölçmə vasitələrinə
dövlət metroloji nəzarət sahəsinə
aid olan məsələlərlə
bağlı olan və tutduğu vəzifəyə, vəzifə
təlimatına dair, icra etdiyi işlər
və onların nəticələri barədə
suallar verilə bilər.
2.9. Attestasiyadan keçməli
olan şəxsüzrlü
səbəb olmadan və ya üzrlü
səbəbdən attestasiya
komissiyasının iclasına
gəlmədikdə, attestasiyadan
keçirilməmiş hesab
edilir və həmin şəxs növbəti attestasiyadan keçməlidir. Üzrlü səbəb
olmadan attestasiya komissiyasının iclasına
gəlməyən şəxs
barəsində qanunvericilikdə
nəzərdə tutulmuş
intizam tənbeh tədbirləri tətbiq edilə bilər.
2.10. Attestasiyanın nəticələri
əsasında attestasiya
komissiyası aşağıdakı
qiymətlərdən birini
verir:
2.10.1. tutduğu vəzifəyə
uyğun gəlir;
2.10.2. işini yaxşılaşdırsa
və komissiyanın tövsiyələrini yerinə
yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə
tutduğu vəzifəyə
uyğun gəlir;
2.10.3. tutduğu vəzifəyə
uyğun gəlmir.
2.11. Attestasiya komissiyası attestasiyanın nəticələri
əsasında ayrı-ayrı
şəxslərin qazandıqları
müvəffəqiyyətlərə görə mükafatlandırılması,
yuxarı vəzifəyə
keçirilməsi, müvafiq
istiqamət üzrə
əlavə təhsilə
cəlb edilməsi, işinin nəticələrinin
yaxşılaşdırılması, aşağı vəzifəyə
keçirilməsi və
ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə
bilər. Bu halda
komissiya irəli sürdüyü tövsiyələri
əsaslandırmalıdır.
3. Attestasiyanın
nəticələrinin rəsmiləşdirilməsi
3.1. Attestasiyadan keçən şəxsin fəaliyyətinə
verilən qiymət və komissiyanın tövsiyələri şəxsin
iştirakı olmadan açıq səsvermə
yolu ilə qəbul edilir.
3.2. Attestasiya və səsvermə attestasiya komissiyası
üzvlərinin ən
azı üçdə
iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda,
attestasiyadan keçən
şəxs tutduğu
vəzifəyə uyğun
gələn sayılır.
Attestasiya komissiyasının üzvü olan şəxs attestasiyadan keçərkən səsvermədə
iştirak etmir. Attestasiyanın nəticələri
səsvermədən dərhal
sonra attestasiyadan keçən şəxsə bildirilir.
3.3. Attestasiyanın nəticələri
(qiymət və tövsiyələr) bir nüsxədə tərtib
edilən, komissiyanın
sədri, katibi və attestasiya komissiyasının səsvermədə
iştirak etmiş digər üzvləri tərəfindən imzalanan
attestasiya vərəqəsinə
yazılır. Attestasiyadan keçən
şəxsin attestasiya
vərəqəsi və
xasiyyətnaməsi onun
şəxsi işində
saxlanılır və
onların bir surəti attestasiyadan keçən şəxsə
verilir.
3.4. Attestasiya komissiyasının
verdiyi qiymət əsas götürülərək,
tövsiyələr nəzərə
alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı-ayrı şəxslərin qazandıqları
müvəffəqiyyətlər müqabilində mükafat-landırılması,
yuxarı vəzifəyə
keçirilməsi, müvafiq
istiqamət üzrə
əlavə təhsilə
cəlb edilməsi, attestasiyanın nəticələrinə
görə tutduğu
vəzifəyə uyğun
gəlmədiyi aşkara
çıxan şəxsin
aşağı vəzifəyə
keçirilməsi və
ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar şəxsin qulluq keçdiyi dövlət orqanının
rəhbəri tərəfindən
qəbul edilir. Həmin qərarlar şəxsin attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul
edilir. Bu müddət
keçdikdən sonra attestasiyanın
nəticələri əsasında
şəxsin aşağı
vəzifəyə keçirilməsi
və ya tutduğu vəzifədən
azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
3.5. Attestasiyadan
keçən şəxsin
üzrlü səbəbdən
işə gəlmədiyi,
ezamiyyətdə və
məzuniyyətdə olduğu
vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.
3.6. Attestasiyanın nəticələri ilə
razı olmayan şəxs Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə və
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq şikayət
edə bilər.
Azərbaycan. - 2014.- 14 avqust.- S. 1.