«Balıqçılıq haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 362; 2002, ¹ 5, maddə 241; 2004, ¹ 2, maddə 57; 2007, ¹ 10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada "balıqçılığın" sözündən sonra ", o cümlədən akvakulturanın" sözləri əlavə edilsin, " və balıq ehtiyatlarının" sözləri "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin;
2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1.
Əsas terminlər və anlayışlar
Bu qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi;
balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələri;
balıq və digər su bioresursları - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi;
balıqartırma - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət;
balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının bəslənməsi və yetişdirilməsi;
balıq və digər su bioresurslarının bərpası - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa yönələn tədbirlər;
akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət;
balıqmühafizə - təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;
balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən balıqçılıq obyektləri;
balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti - balıq və digər su bioresurslarının bəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıqyetişdirməyə uyğunlaşdırılmış digər yerlər;
balıqçılıq təsərrüfatı meliorasiyası - balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn tədbirlər;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi - balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması.";
3. 2-ci maddə üzrə:
3.1. ikinci, üçüncü və dördüncü hissələrdə "və balıq ehtiyatlarının" sözləri ", balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissədə "təbiəti mühafizə" sözləri "ətraf mühitin mühafizəsi, balıq məhsulunun keyfiyyətinin idarə olunması" sözləri ilə əvəz edilsin;
3.3. üçüncü hissədə "müqavilələr, sazişlər, razılaşmalar" sözləri "beynəlxalq müqavilələr" sözləri ilə əvəz edilsin;
3.4. dördüncü hissədə "dövlətlərarası müqavilələri və sazişləri, digər beynəlxalq hüquq normaları" sözləri "tərəfdar çıxdığı beynəlxalq müqavilələr" sözləri ilə əvəz edilsin;
4. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 3.
Balıq və digər su bioresursları üzərində
mülkiyyət
Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.
Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.
Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.";
5. 4-cü maddə üzrə:
5.1. adından və ikinci hissədən "fəaliyyətinin" sözü çıxarılsın;
5.2. birinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Ərzaq
və xammal kimi istifadə edilə bilən və mühafizə
olunan balıq və digər su bioresursları, onların məhsulları
balıqçılıq obyektləridir.";
5.3. ikinci hissədə "balıq
ehtiyatlarının" sözləri
"balıqçılıq obyektlərinin" sözləri
ilə əvəz edilsin;
6. 5-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 5. Balıqçılıq subyektlərinin uçotu
Balıqçılıq subyektlərinin uçotu
müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Balıqçılıq
subyektlərinin uçotunun forması və aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.";
7.
6-cı maddə
üzrə:
7.1. adından "əhəmiyyətli"
sözü çıxarılsın;
7.2. birinci hissənin birinci abzası
aşağıdakı redaksiyada verilsin:
"Balıq
və digər su bioresurslarının ovu, toplanması və
akvakultura üçün istifadə edilən
aşağıdakı su hövzələri
balıqçılıq su obyektləridir:";
7.3. birinci hissənin
üçüncü abzasında "və
sututarlar" sözləri ", sututarlar, balıq və digər
su bioresursları üçün süni yaradılmış
məskunlaşma şəraiti" sözləri ilə əvəz
edilsin;
8. 7-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 7. Balıqçılıq sahəsində dövlət
siyasətinin əsas prinsipləri
Balıqçılıq
sahəsində dövlət siyasəti
aşağıdakı prinsiplərə əsaslanır:
balıq
və digər su bioresurslarının istifadəsi və
mühafizəsinə dövlət nəzarətinin həyata
keçirilməsi;
balıq
və digər su bioresurslarının artırılması,
istifadəsi və mühafizəsinin hövzəçilik
prinsipi əsasında idarə edilməsi;
balıq
və digər su bioresurslarının və onların məskunlaşdığı
mühitin mühafizəsi;
balıq
və digər su bioresurslarından istifadənin tənzimlənməsi;
balıqçılıq sahəsində idarəetmə
funksiyaları ilə balıq və digər su
bioresurslarının istifadəsi funksiyalarının
ayrılması;
balıq
və digər su bioresurslarından istifadənin qanunla müəyyən
edilən hallar istisna olmaqla, ödənişli olması;
balıq
və digər su bioresurslarının ov həcmi müəyyən
edilərkən ekoloji, sosial, iqtisadi amillərin, o cümlədən
balıq məhsulunun istehsalı və satışı
haqqında məlumatların nəzərə alınması;
qiymətli balıq və digər su bioresursları növlərinin
üstün mühafizə rejiminin müəyyən edilməsi,
onların ovunun məhdudlaşdırılması və ya
qadağan edilməsi;
akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji,
iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış
uyğunluğunun təmin edilməsi;
akvakultura
təsərrüfatının layihələndirilməsi və
tikintisində balıqçılıq su obyektləri sahələrinin
qonşu ərazilərin təbii və sosial-iqtisadi
xüsusiyyətləri ilə uzlaşdırılması;
akvakultura
təsərrüfatının yarada biləcəyi zərərli
təsirlərin istisna edilməsi.";
9. 8-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 8. Balıqçılıq
sahəsində dövlətin vəzifələri
Balıqçılıq
sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
balıqçılıq sahəsində dövlət siyasətini
həyata keçirmək;
balıqçılıq sahəsində normativ-hüquqi
aktlar qəbul etmək;
balıqçılıq haqqında qanunvericiliyə əməl
edilməsinə nəzarət etmək;
balıq
və digər su bioresurslarının artırılması, bərpası,
mühafizəsi, iqlimləşdirilməsi,
balıqçılıq su obyektlərinin
balıqçılıq təsərrüfatı monitorinqi,
kadastrı və meliorasiyası işlərini təşkil
etmək;
Azərbaycan
Respublikasının Qırmızı Kitabına daxil
edilmiş nadir və nəsli kəsilməkdə olan balıq
və digər su bioresurslarının qorunması
üçün müvafiq rejimi və xüsusi mühafizə
olunan su sahələrini (akvatoriyalarını) müəyyən
etmək;
balıqçılıq sahəsində texniki
normativ-hüquqi aktları, balıqçılığın
inkişafının elmi əsaslarını hazırlamaq və
təsdiq etmək;
balıq
və digər su bioresurslarının ovu və
toplanmasının limitlərini (kvotalarını) müəyyən
etmək və tənzimlənməsini həyata keçirmək;
balıq
və digər su bioresurslarının vəziyyətinə təsir
edən müəssisələrin, texniki qurğuların, digər
su təsərrüfatı və energetika obyektlərinin
tikintisi, yenidən qurulması layihələrinin dövlət
balıqçılıq təsərrüfatı ekspertizasının
keçirilməsini təşkil etmək;
balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı
həyata keçirmək.";
10. III fəslin
adında "ehtiyatlarından" sözü "və digər
su bioresurslarından" sözləri ilə əvəz
edilsin;
11. 9-cu
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 9. Balıq və digər su bioresurslarından istifadə
formaları
Balıq
və digər su bioresurslarından istifadə
aşağıdakı formalarda həyata keçirilir:
balıq
və digər su bioresurslarının ovu və toplanması
(bundan sonra balıq və digər
su bioresurslarının ovu);
akvakultura.
Balıq
və digər su bioresurslarının ovu
aşağıdakı məqsədlər üçün həyata
keçirilir:
balıq
və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
balıq
və digər su bioresurslarının akvakultura
üçün ovu;
balıq
və digər su bioresurslarının elmi-tədqiqat, təhsil,
maarifləndirmə və nəzarət üçün ovu;
balıq
və digər su bioresurslarının iqlimləşdirilməsi
üçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və
digər su bioresurslarının ovu, forması və verilmə
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən balıqovlama bileti əsasında həyata
keçirilir.
Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
Bərpa məqsədilə balıq və digər su
bioresurslarının akvakultura üçün ovu, habelə
elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu
istisna olmaqla balıq və digər su bioresurslarının ovu
ödənişlidir.
Balıq və digər su bioresurslarının ovu
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydalara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı
Kitabına daxil edilmiş balıq və digər su
bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
hallarda və qaydada icazə verilir.
Ovlanması nəzərdə tutulan balıq və digər
su bioresurslarının növləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovunun
ümumi yol verilən miqdarı (kvota) müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Balıq
və digər su bioresurslarının ovuna
aşağıdakı kvota növləri tətbiq edilir:
Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində balıq və digər su
bioresurslarının sənaye ovu üçün kvotalar;
başqa
balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarının sənaye ovu üçün
kvotalar;
elmi-tədqiqat və nəzarət məqsədilə balıq və
digər su bioresurslarının ovu üçün kvotalar;
təhsil
və maarifləndirmə məqsədilə balıq və
digər su bioresurslarının ovu üçün kvotalar;
akvakultura
məqsədilə balıq və digər su
bioresurslarının ovu üçün kvotalar;
balıq
və digər su bioresurslarının istifadəsi və
mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə
tənzimlənən su obyektlərində balıq və digər
su bioresurslarının ovu üçün kvotalar.
Balıq
və digər su bioresurslarının ovu üçün
kvotaların balıqçılıq subyektləri arasında
bölünmə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.";
12. 10-cu maddə üzrə:
12.1. adında "Sənaye balıq ovu" sözləri
"Balıq və digər su bioresurslarının sənaye
ovu" sözləri ilə əvəz edilsin;
12.2. birinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Dövlət
mülkiyyətində olan balıqçılıq su obyektləri
və ya onların bir hissəsi, Azərbaycan
Respublikasının Su Məcəlləsində və su obyeklərindən
istifadəyə dair digər normativ hüquqi
aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər
su bioresurslarının sənaye ovu üçün istifadəyə
verilir.";
12.3.
ikinci, üçüncü, altıncı və yeddinci hissələrdə
"Sənaye balıq ovu" sözləri "Balıq və
digər su bioresurslarının sənaye ovu" sözləri
ilə əvəz edilsin ;
12.4.
ikinci hissədə "ayrılmış" sözündən
sonra "dövlət mülkiyyətində olan
balıqçılıq" sözləri, "zolaqlar"
sözündən sonra "(vətəgə sahələri)"
sözləri əlavə edilsin;
12.5. dördüncü hissədə
"balıqların" sözü "balıq və digər
su bioresurslarının" sözləri ilə əvəz
edilsin, "balıq tutmaq üçün" sözləri
çıxarılsın;
12.6. beşinci hissə
ləğv edilsin;
12.7. altıncı hissədə
"sututarlarından" sözü
"balıqçılıq su obyektlərindən"
sözləri ilə əvəz edilsin;
12.8. yeddinci hissədə "təsdiq edilmiş təlimatlar"
sözləri "müəyyən edilən qaydalar"
sözləri ilə əvəz edilsin;
13. 11-ci
maddə üzrə:
13.1.
adında, birinci, üçüncü, yeddinci və səkkizinci
hissələrdə "İdman və həvəskar
balıq ovu" sözləri "Balıq və digər su
bioresurslarının idman və həvəskar ovu" sözləri
ilə əvəz edilsin;
13.2.
birinci hissədə "fərdi" sözü "şəxsi"
sözü ilə, "balıq və digər su
heyvanlarının ovlanmasını" sözləri
"ümumi istifadədə olan balıqçılıq su
obyektlərində sərbəst ov etməsini" sözləri
ilə əvəz edilsin;
13.3. ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Xüsusi
mühafizə olunan təbiət əraziləri və
balıqartırma təsərrüfatları istisna olmaqla, digər
balıqçılıq su obyektlərindən Azərbaycan
Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ
hüquqi aktlara uyğun olaraq balıq və digər su
bioresurslarının idman və həvəskar ovu
üçün istifadə edilə bilər.";
13.4. üçüncü hissədə
"sututarların" sözü "mülkiyyətində
olan balıqçılıq su obyektlərinin" sözləri
ilə əvəz edilsin;
13.5. dördüncü, beşinci və
altıncı hissələr aşağıdakı redaksiyada
verilsin:
"Müqavilə ilə istifadəyə və ya icarəyə
verilmiş dövlət mülkiyyətində, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə
olan balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarının idman və həvəskar ovu
su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin
razılığı ilə həyata keçirilir.
İdman və həvəskar ovun həyata keçirilmə
vaxtı, yeri, ovlanan balıq və digər su
bioresurslarının miqdarı və ölçüləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla
bilər.
İdman
və həvəskar ov nəticəsində ovlanan balıq və
digər su bioresurslarının məskunlaşdığı
mühitə qaytarılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
qaydada həyata keçirilir.";
13.6. yeddinci hissədə "su hövzələrində
balıq ehtiyatlarının" sözləri
"balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarının" sözləri ilə əvəz
edilsin;
13.7. səkkizinci
hissənin əvvəlinə "Dövlət mülkiyyətində
olan balıqçılıq su obyektlərində"
sözləri əlavə edilsin, "təsdiq edilmiş təlimatlar"
sözləri "müəyyən edilən qaydalar"
sözləri ilə əvəz edilsin;
14. 12-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Akvakultura
Akvakultura balıqçılıq su obyektlərində
bioloji və texnoloji əsaslandırma əsasında həyata
keçirilir.
Akvakulturanın həyata keçirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Balıqçılıq su obyektlərində
akvakulturanın həyata keçirilməsi üçün
akvakultura subyektləri tərəfindən hazırlanan bioloji
və texnoloji əsaslandırma müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada qeydiyyata
alınır.
Bioloji və texnoloji əsaslandırmanın
qeydiyyatına görə dövlət rüsumu tutulur.
Bioloji və
texnoloji əsaslandırmada akvakultura təsərrüfatının
məqsədi, yerləşmə sxemi, bu fəaliyyəti həyata
keçirmək üçün tələb olunan və
iqlimləşdirilən balıq və digər su
bioresurslarının növləri, onların bioloji
xüsusiyyətləri və əldə olunma mənbəyi,
tətbiq olunacaq texnologiyalar və balıqçılıq
meliorasiyası işləri, balıq məhsulu
istehsalının həcmi, istifadə ediləcək su
obyektinin xarakteristikası, obyektdəki suyun həcmi və
balıq tutumu, enerji sərfiyyatı, istifadə ediləcək
yem növləri, tullantıların növləri və
miqdarı əks etdirilir. Bioloji və texnoloji əsaslandırmanın
nümunəvi forması və şərtləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Akvakultura
üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə
münasibətdə 25 illik, başqa növ balıq və digər su
bioresurslarına münasibətdə isə 10 illik müddətə
hazırlanır.
Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat
yenidən qurulduqda və ya genişləndirildikdə bioloji və
texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər
edilir və bu barədə müvafiq icra hakimiyyəti
orqanına məlumat verilir.
"Akvakultura
növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və
akvakulturanın həyata keçirilməsi üçün
istifadə olunan xüsusi qurğuların və
texnologiyaların təsnifatı Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və bu Qanuna əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Akvakultura təsərrüfatında istehsal edilən
balıq məhsulunun ümumi həcmindən asılı
olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma
hazırlamaqdan azad edilirlər.
Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə
törədici balıqların və onların sürülərinin
yaradılması, saxlanması, istifadəsi, uçotu
akvakultura subyektləri tərəfindən həyata
keçirilir.
Balıq və digər su bioresurslarının bərpası
və mühafizəsi məqsədilə törədici
balıqların və onların sürülərinin
yaradılması, saxlanması və istifadəsi üzrə
texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəbul edilir.
Balıq və digər su bioresurslarının bərpası
və mühafizəsi məqsədilə törədici
balıqların və onların sürülərinin
uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.
Akvakultura üçün endemik, genetik modifikasiya
olunmuş və toksik balıq və digər su
bioresurslarından istifadəyə yol verilmir.
Akvakultura
təsərrüfatlarına məxsus torpaqlar aid olduqları
torpaq kateqoriyasında saxlanılır və digər
kateqoriyaya keçirilmir.";
15.
13-cü maddə üzrə:
15.1. dördüncü hissədə "Əməkdaşlıq
müqavilələrində" sözləri "Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə" sözləri ilə
əvəz edilsin;
15.2. üçüncü və dördüncü
hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr
hesab edilsin və aşağıdakı məzmunda
üçüncü, dördüncü və beşinci hissələr
əlavə edilsin:
"Ticarət dövriyyəsinə daxil edilmiş
balıq məhsullarının satışı kənd təsərrüfatı
məhsullarının satışı yerlərində, o
cümlədən müvafiq avadanlıqlarla təchiz
edilmiş baza, yarmarka, mağaza və xüsusi
ayrılmış digər yerlərdə həyata
keçirilir.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr
şəhərlərdə və Xəzər dənizinin
sahillərində balıq məhsullarının
satışı üzrə
ixtisaslaşdırılmış bazarların təşkili
üçün müvafiq torpaq sahələri
ayırırlar.
İxtisaslaşmış
balıq məhsulları satışı bazarlarının
yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.";
16.
14-cü maddənin adında, birinci və ikinci hissələrdə
"ehtiyatlarından" sözü "və digər su
bioresurslarından" sözləri ilə əvəz edilsin;
17. 15-ci
maddə üzrə:
17.1. adından və
birinci abzasdan "fəaliyyəti" sözü
çıxarılsın;
17.2. dördüncü
abzasda "balıq tingliyi" sözləri
"balıqartırma" sözü ilə əvəz
edilsin;
17.3. beşinci
abzasda "balıqçılıq" sözü
"balıqovlama" sözü ilə əvəz edilsin;
17.4. beşinci və
altıncı abzaslarda "balıq" sözündən
sonra "və digər su bioresurslarının" sözləri
əlavə edilsin;
17.5. altıncı
abzasdan "əhəmiyyətli" sözü çıxarılsın;
17.6. yeddinci abzasda
"balıq yetişdirilməsi və ovlanması"
sözləri
"akvakultura" sözü ilə əvəz edilsin;
17.7. səkkizinci
abzas ləğv edilsin;
18.
16-cı maddə üzrə:
18.1.
adında, birinci hissənin birinci, dördüncü və
beşinci abzaslarında və ikinci hissədə
"ehtiyatlarından" sözü "və digər su
bioresurslarından" sözləri ilə əvəz edilsin;
18.2. birinci hissənin birinci abzasından "fəaliyyəti"
sözü çıxarılsın;
18.3. birinci hissənin
ikinci abzasında "ehtiyatlarının"
sözü "və digər su bioresurslarının"
sözləri ilə əvəz edilsin;
18.4. birinci hissənin
altıncı abzasında
"təhkim edilmiş vətəgə sahələrində
təbiəti mühafizə və" sözləri
"balıqçılıq su obyektlərində ətraf
mühitin mühafizəsi," sözləri ilə əvəz
edilsin;
18.5. birinci hissənin
yeddinci abzasında "təhkim edilmiş vətəgə
sahələri üzrə"
sözləri "balıqçılıq su obyektlərində"
sözləri ilə əvəz edilsin;
19. 17-ci
maddə üzrə:
19.1. adından və birinci abzasdan "fəaliyyəti"
sözü çıxarılsın;
19.2.
üçüncü abzasda "balıq
ehtiyatlarından yalnız icazə sənədlərində"
sözləri "balıq və digər su bioresurslarından
balıqovlama biletində, bioloji və texnoloji əsaslandırmada"
sözləri ilə əvəz edilsin;
19.3. dördüncü abzasda
"ehtiyatlarının" sözü "və digər su
bioresurslarının" sözləri ilə əvəz
edilsin, "yeni balıq" sözlərindən sonra "və
digər su bioresursları" sözləri əlavə
edilsin, ", digər su heyvanları və bitkilərinin"
sözləri çıxarılsın;
19.4. beşinci abzasda "təbii su
hövzələrində balıq ehtiyatlarının"
sözləri "balıqçılıq su obyektlərində
balıq və digər su bioresurslarının" sözləri
ilə, "balıqartırma və balıqtəsərrüfatı"
sözləri "balıqçılıq təsərrüfatı"
sözləri ilə əvəz edilsin;
19.5. altıncı
abzas aşağıdakı redaksiyada verilsin:
"balıqçılıq su obyektlərində
suyun keyfiyyətinin müvafiq standartlara uyğun olmasını
təmin etmək;";
19.6. yeddinci abzasdan
"və digər su heyvanları" sözləri
çıxarılsın;
19.7. doqquzuncu abzasda
"baytarlıq" sözündən sonra ", fitosanitar" sözü əlavə
edilsin;
19.8. onuncu və on
birinci abzaslar müvafiq olaraq on
birinci və on ikinci abzaslar hesab edilsin və
aşağıdakı məzmunda
onuncu abzas əlavə edilsin:
"bioloji və texnoloji əsaslandırmada nəzərdə
tutulmayan balıq və digər su bioresursları növlərindən
və balıq yemləri standartlarına uyğun olmayan yemlərdən
istifadə etməmək;";
20. IV fəslin
adında "ehtiyatlarının" sözü "və
digər su bioresurslarının" sözləri ilə əvəz
edilsin;
21. 18-ci
maddə üzrə:
21.1. adında "Su hövzələrində
balıq ehtiyatlarının" sözləri "Balıq və
digər su bioresurslarının" sözləri ilə əvəz
edilsin;
21.2. birinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Balıq
və digər su bioresurslarının artırılması və
bərpası balıqçılıq su obyektlərində
onların növlərinin təbii ehtiyatlarının qorunub
saxlanması və akvakulturanın inkişafının təmin
edilməsi məqsədilə aparılır.";
21.3. ikinci və beşinci hissələrdə
"ehtiyatlarının" sözü "və digər su
bioresurslarının" sözləri ilə əvəz
edilsin;
21.4.
ikinci hissədə "icazəsi və" sözləri
"müvafiq" sözü ilə, "xüsusi
texnologiyalar" sözləri "bioloji və texnoloji əsaslandırma"
sözləri ilə əvəz edilsin;
21.5.
üçüncü hissədə "Qırmızı
kitaba" sözləri "Azərbaycan Respublikasının
Qırmızı Kitabına" sözləri ilə əvəz
edilsin, "vətəgə əhəmiyyətli" sözləri
çıxarılsın;
21.6. dördüncü hissədə "su hövzələrinə"
sözləri "balıqçılıq su obyektlərinə"
sözləri ilə əvəz edilsin;
21.7. üçüncü, dördüncü və
beşinci hissələr müvafiq olaraq dördüncü,
beşinci və altıncı hissələr hesab edilsin və
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Dövlət
sifarişi ilə akvakultura təsərrüfatlarında
balıq və digər su bioresurslarının
artırılması və bərpası müvafiq icra hakimiyyəti
orqanı ilə bağlanan müqavilə əsasında həyata
keçirilir.";
22. 19-cu
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığının
artırılması
Balıq və digər su bioresurslarının məhsuldarlığının
artırılması məqsədilə
balıqçılıq su obyektlərində
balıqçılıq təsərrüfatı
meliorasiyası, balıq və digər su bioresurslarının
iqlimləşdirilməsi həyata keçirilir.
Balıqçılıq təsərrüfatı
meliorasiyası işləri ixtisaslaşdırılmış
dövlət balıqartırma müəssisələri və
bu işlərin aparılması üçün müvafiq
texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən
bioloji və texnoloji əsaslandırmaya uyğun olaraq həyata
keçirilir.
Balıqçılıq
təsərrüfatı meliorasiyası
balıqçılıq su obyektlərinin hidroloji və
hidrokimyəvi rejimlərinin optimallaşdırılması,
süni kürüləmə yerlərinin salınması və
qurulması, ötürücü kanalların və balıq
buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz
növlərin sayının azaldılması, eləcə də
balıq və digər su bioresurslarının xammal
bazasının formalaşdırılması üçün
əlverişli şəraiti təmin edən digər tədbirlər
sayəsində həyata keçirilir.
Balıqçılıq təsərrüfatı
meliorasiyası akvakultura subyektinin vəsaiti hesabına
aparılır.
Təbii balıqçılıq su obyektlərində
balıqçılıq təsərrüfatı
meliorasiyası müvafiq icra hakimiyyəti orqanın nəzarəti
altında həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən
əvvəl iqlimləşdirilən növlərin bioloji
xarakteristikasını, balıqçılıq su obyektinin
balıq qəbulu tutumunu və iqlimləşdirilmənin
iqtisadi səmərəsini əks etdirən göstəricilər
bioloji və texnoloji əsaslandırmaya daxil edilir.
Balıq və digər su bioresursları genofondunun
mühafizəsi məqsədilə təbii
balıqçılıq su obyektlərinə balıq və
digər su bioresurslarının yeni növlərinin və
hibrid formalarının buraxılması yalnız müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda və qaydada həyata keçirilə bilər.
Balıq və digər su bioresurslarının yeni
növlərinin və hibrid formalarının akvakultura məqsədilə
istifadəsi bioloji və texnoloji əsaslandırmaya uyğun həyata
keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi
və iqlimləşdirilmə obyektlərinin
daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qaydalara uyğun olaraq
aparılır.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Balıqçılıq təsərrüfatı
meliorasiyası, balıq və digər su bioresurslarının
iqlimləşdirilməsi işlərinin aparılması
müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi texniki
normativ hüquqi aktlara uyğun olaraq həyata
keçirilir.";
23. 20-ci
maddə üzrə:
23.1. adında və birinci hissədə "xidməti"
sözü "və akvakultura xidmətləri" sözləri
ilə əvəz edilsin;
23.2.
birinci hissədən "əhəmiyyətli" və
"habelə" sözləri çıxarılsın,
"ehtiyatlarının"
sözü "və digər su
bioresurslarının" sözləri ilə, "və
balıq ovu" sözləri ", balıq və digər su
bioresurslarının ovu və akvakultura"
sözləri ilə əvəz edilsin;
23.3. ikinci hissədə "xidmətinin"
sözü "və akvakultura xidmətlərinin"
sözləri ilə əvəz edilsin;
24. 21-ci
maddə üzrə:
24.1. adında "hüquqları" sözü
"hüquq və vəzifələri" sözləri ilə
əvəz edilsin;
24.2. birinci hissənin
ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"balıqçılıq subyektlərinin
balıq və digər su bioresurslarının ovu
üçün verilmiş balıqovlama biletini, onların fəaliyyətinin
balıqovlama biletində müəyyən edilən şərtlərə
uyğunluğunu yoxlamaq, balıqovlama biletində müəyyən
edilən şərtlərin pozulması və ya balıqovlama
bileti olmadan fəaliyyət göstərilməsi hallarında
bu Qanunda nəzərdə tutulmuş tədbirlər görmək;";
24.3. birinci hissənin
üçüncü abzasından "balıq"
sözü çıxarılsın, "qeyri-qanuni"
sözlərindən əvvəl "balıq və digər
su bioresurslarını" sözləri əlavə edilsin;
24.4.
birinci hissənin
dördüncü abzasında "beynəlxalq sazişlərinin"
sözləri "tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin tələblərinin"
sözləri ilə əvəz edilsin, "balıq"
sözündən sonra "və digər su
bioresurslarının" sözləri əlavə edilsin;
24.5. birinci hissənin beşinci abzasından
"balıq" sözü çıxarılsın,
"qeyri-qanuni" sözlərindən əvvəl
"balıq və digər su bioresurslarının"
sözləri əlavə edilsin;
24.6. birinci hissənin
altıncı abzasında "ehtiyatlarının"
sözü "və digər su bioresurslarının"
sözləri ilə əvəz edilsin;
24.7.
birinci hissənin yeddinci abzasında "vətəgə əhəmiyyətli"
sözləri "balıqçılıq" sözü
ilə, "obyektləri zonalarında" sözləri
"obyektlərində" sözü ilə əvəz
edilsin;
24.8.
birinci hissənin səkkizinci abzasında birinci halda
"qanunvericiliklə müəyyən edilmiş qaydada"
sözləri və "və artırılması"
sözləri çıxarılsın, "balıq məhsulları
istehsalı," sözləri "balıq və digər su
bioresurslarının" sözləri ilə, "əhəmiyyətli
su hövzələri" sözləri "su obyektləri"
sözləri ilə əvəz edilsin;
24.9. birinci hissənin doqquzuncu abzası onuncu
abzas hesab edilsin və aşağıdakı məzmunda
doqquzuncu abzas əlavə edilsin:
"balıq və digər su bioresurslarının
ovu ilə məşğul olan fiziki və hüquqi şəxslərə
qanunvericiliyin tələblərinin pozulması
hallarının aradan qaldırılması barədə
icrası məcburi olan göstərişlər vermək;";
24.10. ikinci hissədə
"Qeyri-qanuni balıq ovu" sözləri "Balıq və
digər su bioresurslarının qeyri-qanuni ovu" sözləri
ilə əvəz edilsin;
24.11.
aşağıdakı məzmunda beşinci hissə
əlavə edilsin:
"Dövlət
balıqmühafizə xidmətinin vəzifələri
aşağıdakılardır:
balıq
və digər su bioresurslarının və onların məskunlaşdığı
mühitin mühafizəsini təmin etmək;
balıq
və digər su bioresurslarının artırılması, bərpası,
istifadəsi, mühafizəsi və qorunması sahəsində
hüquqpozmaların qarşısını almaq və
onları aradan qaldırmaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda inzibati xətalar haqqında işlərə baxmaq və
ya onları baxılması üçün məhkəməyə
göndərmək;
balıqçılıq haqqında qanunvericiliyin
pozulmasına yol verən şəxslərin məsuliyyətə
cəlb edilməsi barədə materialları müvafiq
orqanlara göndərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda və qaydada balıq və digər su
bioresurslarının ovunun məhdudlaşdırılması,
dayandırılması və ya ona xitam verilməsi üçün tədbirlər
görmək.";
25. 22-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 22. Dövlət akvakultura xidmətinin hüquq və vəzifələri
Dövlət
akvakultura xidmətinin hüquqları
aşağıdakılardır:
akvakultura
təsərrüfatlarına
xidməti vəsiqəni təqdim etməklə daxil
olmaq və balıqçılıq haqqında qanunvericiliyə
əməl edilməsini yoxlamaq;
akvakultura
subyektlərindən akvakultura üçün bioloji və
texnoloji əsaslandırmanı tələb etmək;
fəaliyyətin bioloji və texnoloji əsaslandırmanın tələblərinə
uyğunluğunu araşdırmaq;
akvakultura
subyektlərinə qanunvericiliyin tələblərinin
pozulması hallarının aradan qaldırılması barədə
icrası məcburi olan göstərişlər vermək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
Dövlət
akvakultura xidmətinin vəzifələri
aşağıdakılardır:
akvakulturanın inkişafını təmin edən dövlət,
regional və yerli proqramların hazırlanmasında iştirak
etmək;
akvakultura
subyektlərinə bioloji və texnoloji əsaslandırmanın
hazırlanması ilə bağlı məsləhətlər
vermək;
akvakultura
subyektlərinin bu qanunun tələblərinə uyğun fəaliyyət
göstərməsinə müvafiq köməklik göstərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda və qaydada akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması,
dayandırılması və ya ona xitam verilməsi
üçün tədbirlər görmək.";
26. V fəslin
adında "ehtiyatlarının" sözü "və
digər su bioresurslarının" sözləri ilə əvəz
edilsin;
27.
23-cü maddə üzrə:
27.1. adında və birinci hissədə
"ehtiyatlarının" sözü "və digər su
bioresurslarının" sözləri ilə əvəz
edilsin;
27.2.
birinci hissədə "məskunlaşdığı
mühitə" sözlərindən sonra ",
balıqçılıq su obyektlərinə və sahilboyu
zolaqlara (zonalara)" sözləri əlavə edilsin, "istifadəsi
ilə məşğul olan, habelə
balıqçılıq əhəmiyyətli su obyektlərində
və sahilboyu zolaqlarda (zonalarda) fəaliyyət göstərən
iş icraçıları balıq ehtiyatlarının"
sözləri "istifadəsini həyata keçirən
hüquqi və fiziki şəxslər balıq və digər
su bioresurslarının" sözləri ilə əvəz
edilsin;
27.3.
ikinci hissədə "balıq növlərinin və digər
su heyvanları və bitkilərinin" sözləri
"növ balıq və digər su
bioresurslarının" sözləri ilə, "əhəmiyyətli"
sözü "balıqçılıq" sözü ilə
əvəz edilsin;
28.
24-cü maddə üzrə:
28.1. adından, birinci hissənin birinci abzasından
və ikinci hissədən "əhəmiyyətli"
sözü çıxarılsın;
28.2.
birinci hissənin
dördüncü abzasında "sututarların"
sözü "balıqçılıq su obyektlərinin"
sözləri ilə, "sututarlara" sözü
"balıqçılıq su obyektlərinə"
sözləri ilə əvəz edilsin;
29. 25-ci
maddənin adından, birinci və ikinci hissələrindən
"əhəmiyyətli" sözü
çıxarılsın;
30.
26-cı maddə üzrə:
30.1.
adında, ikinci və üçüncü hissələrdə
"Su obyektlərinin" sözləri
"Balıqçılıq su obyektlərinin" sözləri
ilə, "balıqtəsərrüfatı" sözü
"balıqçılıq təsərrüfatı"
sözləri ilə əvəz edilsin;
30.2.
birinci hissədə "Su obyektlərinin balıqtəsərrüfatı"
sözləri "Balıqçılıq təsərrüfatı"
sözləri ilə , "əhəmiyyətli su hövzələrində"
sözləri "su obyektlərində" sözləri ilə
əvəz edilsin;
30.3. ikinci hissədə "mühitin"
sözündən sonra "və təbii ehtiyatların"
sözləri əlavə edilsin;
31. 27-ci
maddə üzrə:
31.1.
adında, birinci və ikinci hissələrdə "Su obyektlərinin"
sözləri "Balıqçılıq su obyektlərinin"
sözləri ilə əvəz edilsin;
31.2. adında, birinci və ikinci hissələrdə "balıqtəsərrüfatı"
sözü "balıqçılıq təsərrüfatı"
sözləri ilə əvəz edilsin;
31.3. birinci hissədən "əhəmiyyətli"
sözü çıxarılsın, "balıq
ehtiyatları" sözləri "balıq və digər su
bioresursları" sözləri ilə əvəz edilsin;
32. 28-ci
maddə üzrə:
32.1.
adında, birinci hissədə və ikinci hissənin birinci
abzasında "balıqtəsərrüfatı"
sözü "balıqçılıq təsərrüfatı"
sözləri ilə əvəz edilsin;
32.2. birinci hissədən və ikinci hissənin
birinci abzasından "əhəmiyyətli" sözü
çıxarılsın;
32.3. birinci hissədən "layihə sənədlərinin"
sözləri çıxarılsın;
32.4. ikinci hissənin
üçüncü abzasında "su obyektlərində"
sözlərindən əvvəl
"balıqçılıq" sözü əlavə
edilsin;
32.5. ikinci hissənin yeddinci abzası səkkizinci
abzas hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"akvakultura təsərrüfatlarının
tikintisi və yenidən qurulması;";
32.6. üçüncü hissə
aşağıdakı redaksiyada verilsin:
"Balıqçılıq
təsərrüfatı ekspertizası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
aparılır.";
33. 29-cu
maddə üzrə:
33.1. birinci hissənin birinci abzasından və ikinci
hissədən "əhəmiyyətli" sözü
çıxarılsın;
33.2.
birinci hissənin üçüncü, altıncı və
yeddinci abzaslarında "balıq ehtiyatlarının"
sözləri "balıq və digər su
bioresurslarının" sözləri ilə əvəz
edilsin;
34. 30-cu
maddə üzrə:
34.1.
üçüncü hissədə "su mühafizə
zonaları və sahil mühafizə zolaqları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada xüsusi qorunan ərazi elan edilir" sözləri
"su mühafizə zonalarında və sahil mühafizə
zolaqlarında müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada balıq və digər su
bioresurslarının xüsusi mühafizə rejimi tətbiq
edilir" sözləri ilə əvəz edilsin;
34.2. dördüncü hissəyə "su obyektlərinin"
sözlərindən əvvəl
"balıqçılıq" sözü əlavə
edilsin;
35. 31-ci
maddə üzrə:
35.1. ikinci abzas
aşağıdakı redaksiyada verilsin:
"balıq və digər su bioresurslarından
istifadəyə ödəmələr, balıq və digər
su bioresurslarının qeyri-qanuni ovuna cərimələr";
35.2.
üçüncü və beşinci abzaslarda
"ehtiyatlarının" sözü "və digər su
bioresurslarının" sözləri ilə əvəz
edilsin;
35.3. dördüncü
abzasda "ehtiyatlarına" sözü "və digər
su bioresurslarına" sözləri ilə əvəz edilsin;
35.4. beşinci
abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda altıncı və yeddinci
abzaslar əlavə edilsin:
"akvakulturanın iqtisadi
stimullaşdırılması;
akvakultura
məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə
fiskal siyasətin həyata keçirilməsi.";
36. 32-ci
maddə üzrə:
36.1. adı aşağıdakı redaksiyada verilsin:
"Balıq
və digər su bioresurslarından istifadəyə ödəmələr
və qeyri-qanuni ova cərimələr";
36.2. birinci hissədə "balıq
ehtiyatlarından" sözləri "dövlət
mülkiyyətində olan təbii balıqçılıq
su obyektlərində balıq və digər su
bioresurslarından" sözləri ilə əvəz edilsin;
36.3.
ikinci, üçüncü, beşinci və altıncı
hissələrdə "Balıq ehtiyatlarından" sözləri
"Dövlət mülkiyyətində olan təbii
balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarından" sözləri ilə əvəz
edilsin;
36.4. ikinci hissədə "balıq
ehtiyatlarından" sözləri "balıq və digər
su bioresurslarından" sözləri ilə əvəz
edilsin;
36.5. ikinci və üçüncü hissələrdə
"balıqların, digər su heyvanları və bitkilərinin" sözləri
"balıq və digər su bioresurslarının"
sözləri ilə əvəz edilsin;
36.6. üçüncü və altıncı hissələrdə
"qeyri-qanuni balıq ovuna" sözləri "balıq və
digər su bioresurslarının qeyri-qanuni ovuna" sözləri
ilə əvəz edilsin;
36.7. dördüncü hissə
aşağıdakı redaksiyada verilsin:
"Müqavilə
ilə istifadəyə və ya icarəyə verilmiş
dövlət mülkiyyətində, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə
olan balıqçılıq su obyektlərində balıq və digər su
bioresurslarından istifadəyə ödəmələr bu maddənin üçüncü
hissəsində göstərilənlər nəzərə
alınmaqla həmin müqaviləyə uyğun həyata
keçirilir.";
36.8. aşağıdakı məzmunda yeddinci hissə
əlavə edilsin:
"Bu
qanunun 32-ci maddəsi akvakultura təsərrüfatlarına
şamil edilmir.";
37.
33-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 33. Balıq və digər su bioresurslarının
artırılmasının, bərpasının, mühafizəsinin
və balıqçılığın elmi təminatının
maliyyələşdirilməsi
Balıq və digər su bioresurslarının
artırılmasının, bərpasının, mühafizəsinin,
balıqçılığın elmi təminatının və
balıqçılıq sahəsində digər tədbirlərin,
habelə balıqçılığın inkişafı
proqramlarının maliyyələşdirilməsini təmin
etmək məqsədilə su bioresurslarının
artırılması, bərpası və mühafizəsi
fondu yaradılır.
Fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır və fəaliyyəti həmin orqan tərəfindən
təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Dövlət
mülkiyyətində olan balıqçılıq su obyektlərində
balıq və digər su bioresurslarının süni artırılması, bərpası,
mühafizəsi və
balıqçılıq təsərrüfatı
meliorasiyası işləri Fondun vəsaitləri və
dövlət vəsaiti hesabına maliyyələşdirilir.
Nərə cinsli
balıqların və digər qiymətli balıq növlərinin
artırılması və bərpası dövlət tərəfindən
stimullaşdırılır.
Müqavilə
ilə istifadəyə və ya icarəyə verilmiş
dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində
və ya xüsusi
mülkiyyətdə olan
balıqçılıq
su obyektlərində
balıqartırma, balıqyetişdirmə və
balıqçılıq təsərrüfatı
meliorasiyası işləri balıqçılıq su obyektlərinin
mülkiyyətçiləri, istifadəçiləri və
ya icarəçiləri tərəfindən maliyyələşdirilir.
Balıqçılığın elmi təminatı məqsədli
proqramlar əsasında dövlət vəsaiti və Fondun vəsaiti
hesabına müvafiq elmi-tədqiqat müəssisələri
tərəfindən həyata keçirilir.";
38.
34-cü maddə üzrə:
38.1. adında və birinci hissədə (hər iki
halda) "ehtiyatlarına" sözü "və digər
su bioresurslarına" sözləri ilə əvəz
edilsin;
38.2. birinci hissədə "əhəmiyyətli
su hövzələrində" sözləri "su obyektlərində"
sözləri ilə əvəz edilsin;
38.3.
ikinci hissədə "ehtiyatlarının" sözü
"və digər su bioresurslarının" sözləri
ilə, "balıqtəsərrüfatı meliorasiya"
sözləri "balıqçılıq təsərrüfatı
meliorasiyası" sözləri ilə əvəz edilsin;
39. 35-ci maddə üzrə:
39.1. adı aşağıdakı redaksiyada verilsin:
"Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanın stimullaşdırılması";
39.2. birinci hissədə "balıq ehtiyatlarının artırılması, bərpası və" sözləri "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin, "mühafizəsi" sözündən sonra "və akvakultura" sözləri əlavə edilsin;
39.3. ikinci hissədə "ehtiyatlarından" sözü "və digər su bioresurslarından" sözləri ilə, "ödənişlərin və qeyri-qanuni balıq ovuna görə" sözləri "ödəmələrin və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna" sözləri ilə, "ehtiyatlarının" sözü "və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin;
39.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergi azadolmaları və güzəştləri tətbiq edilir.";
40. 36-cı maddə üzrə:
40.1. adında, birinci və ikinci hissələrdə "balıq ehtiyatlarının" sözləri "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin;
40.2. adında "dövlətlərarası" sözü "beynəlxalq" sözü ilə əvəz edilsin;
40.3. ikinci hissədə "razılaşmalar, sazişlər və" sözləri "beynəlxalq" sözü ilə əvəz edilsin;
41. 37-ci maddə üzrə:
41.1. adında, birinci və üçüncü hissələrdə "ehtiyatlarından" sözü "və digər su bioresurslarından" sözləri ilə əvəz edilsin;
41.2. üçüncü hissədə "dövlətlərarası müqavilələri, sazişləri" sözləri "tərəfdar çıxdığı beynəlxalq müqavilələr" sözləri ilə əvəz edilsin;
42. 38-ci maddənin adında, birinci, ikinci və üçüncü hissələrdə "ehtiyatlarından" sözü "və digər su bioresurslarından" sözləri ilə əvəz edilsin;
43. 39-cu maddədə "dövlətlərarası" sözü "beynəlxalq" sözü ilə, "ehtiyatlarının" sözü "və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin;
44. 41-ci maddə üzrə:
44.1. ikinci hissədə "dövlətlərarası müqavilələrinə" sözləri "tərəfdar çıxdığı beynəlxalq müqavilələrə" sözləri ilə əvəz edilsin, ", sazişlərinə" sözü çıxarılsın;
44.2. üçüncü hissədə "su hövzələrində" sözləri "balıqçılıq su obyektlərində" sözləri ilə, "beynəlxalq müqavilələrində" sözləri "tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə" sözləri ilə əvəz edilsin;
45. 42-ci maddənin adından "fəaliyyəti" sözü çıxarılsın, mətnində "və balıq ehtiyatlarının" sözləri ", balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 iyun 2014-cü il
Azərbaycan. - 2014.- 14 avqust.- S. 2-3.