Erməni
işğalçılarının atəşkəsi
pozması nəticəsində yaralanmış vətəndaşların
müalicəsi üçün bölgələrdə
hər cür şərait
yaradılıb
Son
günlər cəbhə xəttində yaranmış gərgin
vəziyyətlə əlaqədar aidiyyəti qurumların əməkdaşları
bölgələrdə olublar.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, əlaqədar qurumların nümayəndələri erməni diversantlarının son hücumlarını dəf edərkən yaralanmış və hazırda bölgələrdəki səhiyyə müəssisələrində müalicə olunan Azərbaycan Ordusunun əsgərlərini, həmçinin mülki şəxsləri ziyarət edərək onların vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, xəsarət alan şəxslərin müalicəsi diqqət mərkəzindədir və yerlərdə bunun üçün lazımi şərait yaradılıb. Yaralıların qısa vaxt ərzində sağalıb ayağa qalxmaları üçün bundan sonra da zəruri tədbirlər görüləcək və bütün imkanlardan istifadə olunacaq.
Zərər çəkmiş şəxslərin müalicəsi davam edir. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki,
hazırda bütün bölgələrdə,
xüsusən sərhəd rayonlarında yerləşən səhiyyə
müəssisələrində yüksək səviyyədə
tibbi yardım göstərilməsi üçün hər cür
şərait var. Mövcud
vəziyyətlə əlaqədar əlavə dərman
preparatları və sarğı materialları ehtiyatı
yaradılıb. Eyni zamanda,
sərhəd bölgələrində müasir
standartlara cavab verən
tibbi avadanlıq və preparatlarla
təchiz olunmuş diaqnostika
mərkəzləri fəaliyyət göstərir.
Azərbaycan. - 2014.- 14 avqust.- S. 4.