IV Bakı Beynəlxalq Humanitar Forumunun proqramı və mövzuların adları açıqlanıb

 

Bu il oktyabrın 2-3-də Bakıda keçiriləcək IV Beynəlxalq Humanitar Forumunun proqramı və müzakirə ediləcək mövzuların adları açıqlanıb.

AzərTAc xəbər verir ki, bu barədə forumun rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda XXI əsrdə qloballaşan dünyada humanitar problemlər, perspektivlər və çağırışlar müzakirə olunacaq.

Forumda səkkiz “dəyirmi masa” təşkil ediləcək. Birinci dəyirmi masaMultikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğrumövzusuna həsr edilib. Həmçinin bu iclas çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı olacaq. Bundan əlavə, forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiyabiotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimimövzular müzakirə olunacaq.

Forumda müxtəlif ölkələrdən tanınmış alimlər, Nobel mükafatı laureatları və mədəniyyət xadimləri iştirak edəcək. Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq. Müəlliflər məruzələrini sentyabrın 1-dək Təşkilat Komitəsinə göndərə bilərlər. Proqramda iştirakçıların Azərbaycanın regionlarına səfərləri də nəzərdə tutulub.

Qeyd edək ki, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” mövzusunda “dəyirmi masa”nın işi Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc tərəfindən təşkil olunacaqdır.

 

Azərbaycan. - 2014.- 14 avqust.- S.4.