Qafqaz arxeologiyası
üçün yenilik: «Qarabağın arxeoloji abidələri
xəritəsi» tərtib edilib
Qarabağ
ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri
açıqlanıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru Maisə Rəhimova bildirib ki, 2010-2013-cü illərdə
Qarabağ düzənliyində, Ağdamın işğal
edilməmiş ərazilərində və Ağcabədi
rayonunun şimal-qərbində araşdırmalar
aparılıb.
Verilən
məlumatda göstərilir ki, arxeoloji kəşfiyyat təxminən
990 kvadratmetr ərazini əhatə edir. 169 arxeoloji abidə
elektron qeydiyyata alınıb və "Qarabağın
arxeoloji abidələri xəritəsi" tərtib edilib. Abidələrin
qeydiyyatı ilə yanaşı, 2011-2012-ci illərdə Mədəniyyət
və Turizm Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat
Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı
kəndindəki XIII-XIV əsrlərə
aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və
bərpa-konservasiya işləri də aparılıb ki, nəticədə
2700 kvadratmetr ərazidə xanəgah kompleksi tamamilə
qazılaraq üzə çıxarılıb.
Ekspedisiya
qrupu İsmayılbəytəpə Neolit dövrü
yaşayış məskənində 400, Leylatəpə mədəniyyətinə
aid Fərmantəpə yaşayış yerində isə 100
kvadratmetr ərazidə arxeoloji qazıntı işləri
aparıb. Hər iki abidənin xronoloji dövrünün təyini
üçün götürülmüş nümunələr
analiz məqsədilə Yaponiya və İsrailin müvafiq
laboratoriyalarına göndərilib.
Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.