Məktəblilər qədim Nizami yurdunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Xaçmaz və Qusar məktəbliləri Gəncəyə gəliblər.
Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan parka heyranlıqla tamaşa edən məktəblilərə bildirilib ki, burada amfiteatr, müasir incəsənət muzeyi, "Gənclər" kafesi, əyləncə mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, parkdakı Zəfər tağı dünyada mövcud olan 64 tikilidən biridir. Onun ətrafında yaradılmış xiyaban şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.
Qonaqlar ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Şagirdlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, eləcə də mərkəz, onun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Qrupun rəhbəri, Xaçmaz Rayon Təhsil
Şöbəsinin əməkdaşı Azad
Bədəlov AzərTAc-a müsahibəsində deyib: "Respublikamızın çox
bölgəsində olsam da
belə möhtəşəm mərkəz görməmişdim.
Mən bunu gəncəlilərin ulu öndərə olan məhəbbətlərinin
əyani təzahürü kimi dəyərləndirirəm".
Azərbaycan. - 2014.- 14 avqust.- S. 7.