Bilik Fondunun ilk layihəsi
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu artıq layihələrə start verdi. Fondun ilk layihəsi "Dini abidələrdə tarixin izləri" adlanır. Layihə çərçivəsində Azərbaycan ərazisində
yerləşən məscidlər,
ziyarətgahlar, kilsələr,
sinaqoqlar, məbədlər
və imamzadələrdə
tarixi-elmi tədqiqatlar
aparılacaq, abidələr
hərtərəfli öyrəniləcək,
eləcə də Azərbaycan tarixi üçün faydalı
məqamlar üzə
çıxarılacaq, ehtiyac
olduqda müəyyən
bərpa işləri
görüləcək.
Layihənin həyata keçiriləcəyi
ilk məkan Bərdə
İmamzadəsi olacaq. Azərbaycan ərazisində
qədim abidələrdən
olan Bərdə İmamzadəsi kompleksinin
tarixinin dərindən
araşdırılmasına, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa
işlərinin aparılmasına
ehtiyac duyulur.
Bərdə İmamzadəsinin axundu,
Qafqaz Müsəlmanları
İdarəsinin Qarabağ
üzrə qazisi Ramazan Hüseynov layihənin gərəkli olduğunu vurğulayıb:
"Azərbaycandakı ziyarətgahlarda
tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq,
öyrənmək və
gələcək nəsillərə
çatdırmaq olduqca
faydalı işdir.
Bu layihənin həyata keçirilməsində
tərəfimizdən nə
kömək lazımdırsa,
hazırıq".
Fondun "Dini
abidələrdə tarixin
izləri" layihəsinə
Azərbaycan Milli Elmlər Akademiyasının
müvafiq qurumları
da cəlb olunacaq. İlk mərhələdə
tarixçi alimlər,
din xadimləri, Bərdə
ziyalılarının iştirakı
ilə "Bərdə
İmamzadəsi keçmişdə
və bu gün" mövzusunda
"dəyirmi masa"
keçiriləcək, elmi
praktik konfrans təşkil olunacaq.
Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan
əhalinin maarifləndirilməsi,
ziyarətgahlar barədə
düzgün elmi, tarixi, dini biliklərin
verilməsi, milli-mənəvi,
dini dəyərlərimizin
qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.
Yaxın gələcəkdə Bilik
Fondu müxtəlif istiqamətlərdə
layihələr həyata keçirməyi
planlaşdırır. Bu layihələr içərisində "Ustad və şəyird", "Azərbaycan
elmi bu gün
xaricdə", "Dünya elmi bu gün
Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin
yaradılması", "Epizodlar",
"Auditoriya +", "Qardaşlaşmış məktəblər"
layihələrinə hazırlıq prosesi
gedir.
Azərbaycan. - 2014.- 9 avqust.- S. 7.