Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının Azərbaycan gənclərinə qayğısının məntiqi nəticəsidir

 

”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Xaçmaz və Qusar rayonlarının məktəbliləri turun ikinci günündə bu qədim şəhərlə tanışlığa Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başladılar.

AzərTAc xəbər verir ki, burada dahi şairin yaradıcılığının daha dərindən öyrənilməsi və tədqiq olunması ilə bağlı Gəncədə həyata keçirilən tədbirlər barədə şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, böyük mütəfəkkirin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında yenidənqurma işləri aparılıb, qarşısında Nizami muzeyi inşa edilib. Dünyanın müxtəlif ölkələrinin arxiv və kitabxanalarında saxlanan əlyazmalarının surəti onun vətəninə gətirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Şairin “Xəmsə”sinə daxil olan əsərlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş Türkiyə Respublikasında nəfis şəkildə nəşr etdirilib. Bundan əlavə, şəhərə giriş qapısından Gəncəyədək olan magistral yol boyu şairin əsərlərini əks etdirən kitabələr inşa edilib.

Şagirdlər məqbərəni ziyarət edərək, dahi şairin məzarı üzərinə gül dəstələri düzdülər.

Qusar şəhərindəki 1 nömrəli məktəbin XI sinif şagirdi Lalə Ağadadaşova təəssüratlarını belə ifadə etdi: ”Özümü son dərəcə xoşbəxt hesab edirəm. Çünki böyük Nizami Gəncəvinin məqbərəsini ziyarət etdimgördüm ki, həmyerliləri ona necə böyük məhəbbət bəsləyirlər. Bütün bunlar mənə imkan verəcək ki, yeni dərs ili başlayanda təəssüratlarımı sinif yoldaşlarımla bölüşüm”.

Məqbərənin ziyarətindən sonra Gəncənin Qala qapıları arxeologiyaetnoqrafiya muzeyinə gələn XaçmazQusar şagirdlərinə 4 min il yaşı olan Gəncənin tarixi ilə bağlı ətraflı məlumat verildi. Şagirdlər Azərbaycanın bu qədim şəhərinin tarixi ilə bağlı dəyərli eksponatlara baxdılar. Onları maraqlandıran suallar cavablandırıldı.

Tur-aksiya çərçivəsində iştirakçılar İmamzadə ziyarətgahında, Cavad xan türbəsində, Şah Abbas məscidində, Çökək hamam tarixi memarlıq abidəsində oldularbu abidələr haqqında ətraflı məlumat əldə etdilər.

Gəncəlilərin ən çox sevdikləri və istirahət etdikləri Xan bağı da qonaqlarda xoş təəssürat oyatdı. Onlar burada həmyaşıdları ilə söhbət edərək özlərinə çoxlu dostlar tapdılar. 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncənin  gənclərini təbrik edən XaçmazQusar məktəbliləri bu qələbəni dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğının məntiqi nəticəsi kimi dəyərləndirdilər.

Qrupun rəhbəri, Qusar Rayon Təhsil Şöbəsinin metodisti Kamran Tahirov ürək sözlərini belə ifadə etdi: ”Uşaqların bu sevincini başa düşmək olar. Çünki onların əksəriyyəti indiyədək yaşadığı rayondan kənara çıxmayıb. İndi Gəncə ilə tanışlıq bu uşaqları sevindirir. Həm də onlar bu qədim diyarın tarixini öyrənməklə yanaşı, özlərinə çoxlu dost da tapdılar. Bu imkanı onlara Prezidentimiz İlham Əliyev yaradıb. Buna görə dövlətimizin başçısına tur-aksiyanın iştirakçıları adından minnətdarlığımı bildirirəm”.

Avqustun 12-də XaçmazQusar məktəbliləri Şəmkir və Göygöl rayonlarına ekskursiya edəcəklər.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 7.