Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, I kitab, maddə 583; 2001, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734; 2002, ¹5, maddə 249, ¹12, maddə 707; 2003, ¹8, maddə 425, ¹12, I kitab, maddə 671; 2004, ¹1, maddə 1, ¹11, maddə 887, ¹12, maddə 980; 2005, ¹2, maddə 61, ¹8, maddə 688, ¹12, maddə 1081; 2006, ¹12, maddələr 1005, 1026; 2007, ¹1, maddə 4, ¹6, maddə 597, ¹8, maddə 745, ¹11, maddə 1053, ¹12, maddə 1192; 2008, ¹7, maddə 602, ¹11, maddə 960; 2009, ¹7, maddə 506; 2011, ¹1, maddə 14, ¹7, maddələr 588, 603, ¹12, maddə 1115; 2012, ¹6, maddələr 500, 513, ¹7, maddə 652, ¹9, maddə 841, ¹12, maddə 1226; 2013, ¹2, maddə 91, ¹4, maddə 366, ¹11, maddə 1278, ¹12, maddələr 1483, 1486, 1495; 2014, ¹2, maddələr 94, 98) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 198.1.1-ci maddədə “binaların inventarlaşdırılmış dəyərindən” sözləri “binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə)” sözləri ilə və həmin maddənin ikinci abzası aşağıdakı cədvəllə əvəz edilsin:
Yaşayış məntəqələri |
Fiziki şəxsin xüsusi mülkiyyətində
olan yaşayış və qeyri-yaşayış sahələri
(manatla) |
Bakı |
0,4 |
Gəncə,
Sumqayıt şəhərləri və Abşeron rayonu |
0,3 |
Digər
şəhərlər (rayon tabeliyində olan şəhərlər
istisna olmaqla), rayon mərkəzləri |
0,2 |
Rayon
tabeliyində olan şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin,
habelə Abşeron rayonunun qəsəbə və kəndləri
istisna olmaqla) |
0,1 |
1.2. 200.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.”;
1.3. 200.2-ci maddədə “dəyərindəki payına” sözləri “sahəsindəki payına” sözləri ilə əvəz edilsin.;
1.4. 206.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“206.3. Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat,
rabitə, ticarət-məişət xidməti və digər
xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış
fondlarının, həyətyanı sahələrin
torpaqları və vətəndaşların bağ sahələrinin
tutduğu torpaqlar (manatla) |
||
10000 m²-
dək olduqda |
10000 m²- dən yuxarı
olan hissə üçün |
10000 m²-
dək olduqda |
10000 m²–dən yuxarı olan hissə üçün |
|
Bakı şəhəri, habelə
onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
Gəncə, Sumqayıt,
Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə
və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
Digər şəhərlər və
rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
Rayon tabeliyində olan şəhərlər,
qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
Maddə 2. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 iyun 2014-cü il.
Azərbaycan. - 2014.- 15 avqust.- S. 1.