Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı Qaydası"nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
15 Avgust 2014
¹ 271 Bakı
şəhəri, 8 avqust
2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
31 oktyabr tarixli 145 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə
185, ¹ 4, maddə 378, ¹ 5, maddə
470, ¹ 9, maddə 819, ¹ 10, maddə
902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə
114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə
178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə
348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə 554) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı Qaydası"nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.6-cı bənddə "əsaslar olmadıqda"
sözləri "sənədlər
olmadıqda (bu qaydanın 2.19-cu və 2.19-1-ci
bəndlərində nəzərdə
tutulan hallar istisna olmaqla)," sözləri ilə əvəz edilsin;
2.
2.13-cü bənd ləğv
edilsin;
3. 2.19-cu bənd aşağıdakı
redaksiyada verilsin:
"2.19. Tibb müəssisəsində
doğularaq hər iki valideynin imtina etdiyi uşaq
haqqında məlumat həmin müəssisənin
rəhbəri tərəfindən
dərhal doğum haqqında tibbi şəhadətnamə və
uşağın atılmasını
təsdiq edən sənədlə (akt, ərizə) birlikdə yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının
müdafiəsi üzrə
yerli komissiyaya (bundan sonra - Komissiya) verilməlidir.
Müvafiq məlumat daxil olduqdan sonra Komissiya doğumun dövlət qeydiyyatına
alınması üçün
5 (beş) iş günü müddətində uşağın
atılması haqqında
sənədi, doğum
yeri, tarixi və cinsi barədə
tibbi şəhadətnaməni,
habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının
razılığını və ya göstərişini
qeydiyyat şöbəsinə
təqdim etməlidir.
Bu halda doğum
haqqında akt qeydinin valideynlər haqqında məlumatları
əks etdirən
11-19-cu qrafaları doldurulmur,
uşağın atılması
və valideynlərinin
məlum olmaması göstərilir. Doğum
haqqında akt qeydində Komissiyanın müraciəti (nömrə,
tarix, məzmun) barədə qeydlər aparılır.";
4. aşağıdakı məzmunda
2.19-1-ci bənd əlavə
edilsin:
"2.19-1.
Tibb müəssisəsindən
kənar uşağı
tapan şəxsin məlumatı əsasında
ərazi polis orqanı
dərhal uşağın
tapılması vaxtını,
yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə
yerləşdirməli, eyni
zamanda uşağın
tapılması haqqında
sənədi təqdim
etməklə, 2 (iki) iş günü müddətində Komissiyaya
məlumat verməlidir.
Müvafiq məlumat daxil olduqdan sonra Komissiya doğumun dövlət qeydiyyatına
alınması üçün
5 (beş) iş günü müddətində uşağın
tapılması haqqında
sənədi, yaşı
və cinsi barədə tibbi arayışı, habelə
ona veriləcək ad,
ata adı və soyad barədə
qəyyumluq orqanının
razılığını və ya göstərişini
qeydiyyat şöbəsinə
təqdim etməlidir.
Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatlar hissəsi bu qaydanın 2.19-cu bəndinin
ikinci abzasında nəzərdə tutulmuş
qaydada yazılır.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2014.- 15 avqust.- S. 1.