Hərbi Hava Qüvvələrinin
Hava Hücumundan
Müdafiə Qoşunlarının təlimləri davam edir
Hərbi
Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə
Qoşunlarının təlimləri avqustun 14-də davam edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, “Buk-MB” zenit-raket komplekslərindən istifadə olunmaqla keçirilən təlimlər zamanı ehtimal edilən düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.
Qarşıya qoyulan tapşırıqlar Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən uğurla yerinə yetirilib və döyüş atışlarının nəticəsi yüksək qiymətləndirilib.
Təlimlər davam edir.
Azərbaycan. - 2014.- 15 avqust.- S. 3.