Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının qapalı iclası keçirilib
Avqustun
14-də Azərbaycan Respublikası Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının aidiyyəti orqanların məsul şəxslərinin
iştirakı ilə qapalı iclası keçirilib.
Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, iclasda cari il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kiloqram 885 qram heroin, 11 kiloqram 759 qram morfin və 2 kiloqram 201 qram kodein) narkotik maddənin saxlanılması və Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib.
İclasda
araşdırmanın davam etdirilməsi,
görülən işlər barədə Dövlət
Komissiyasının mütəmadi olaraq məlumatlandırılması
barədə müvafiq
tapşırıqlar verilib. Qeyd edilib ki,
bu məsələ Azərbaycan
Respublikası Prezidentinin gündəlik nəzarətindədir.
Azərbaycan. - 2014.- 15 avqust.- S. 3.