Uğurlarımızın mənbəyi azad sahibkarlıq mühitidir

 

Ötən 10 il müstəqil Azərbaycanın tarixində qazanılan möhtəşəm uğurlarla əlamətdardır. Ümummilli lider Heydər Əliyevin başladığı, Prezident İlham Əliyevin həyata keçirməkdə davam etdiyi uğurlu siyasi kurs nəticəsində bu müddətdə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, o cümlədən xalqımızın malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib. Regiondadünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində Azərbaycanın mövqelərini davamlı şəkildə gücləndirib.

2003-cü ildən sonra qazanılan uğurlara diqqət yetirməklə Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Həmçinin Azərbaycanın xaricə sərmayə yatıran ölkəyə və regionun güc mərkəzinə çevrilməsi, kosmik klubun üzvü olması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması ölkəmizin siyasiiqtisadi potensialını bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib. Bütün bu uğurlar bir daha təsdiq edir ki, Azərbaycan Heydər Əliyevin yolu ilə gələcəyə doğru inamla addımlayır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir. 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Mən isə söz vermişdim ki, bu siyasətə sadiq qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz əksini tapmışdır və 2008-ci ildə yenidən Azərbaycan xalqı öz etimadını göstərmişdir. Ölkəmizin son on il ərzindəki dünya miqyasında iqtisadi sahədə analoqu olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın seçiminə təsir göstərmişdir".

Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan artıq 2009-cu ildən iqtisadi sahədə keçid dövrünü başa vurub. Özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycanın qarşıdakı hədəfləri bəllidir. Bunlar əldə olunmuş iqtisadi nəticələrin çoxaldılması və genişləndirilməsidir. Bu mənada hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaqonun ixrac və rəqabət imkanlarını genişləndirməkdir. Təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun daha da təkmilləşdirilməsi qeyri-neft ixracının artımına gətirib çıxaracaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, həm də innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaq. İnnovativ iqtisadiyyat elmi biliklərə əsaslandığından elmin, informasiya-kommunikasiya texnologiyalarının rolunun artırılması da qarşıdakı dövrün başlıca prioritetlərindəndir.

Bu vəzifələri yerinə yetirmək üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzitlogistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi bu mərhələdə əsas məsələlər olacaq. Ötən 10 ildə qazanılmış bu uğurların ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşdirilməsinə, diversifikasiyasına, qeyri-neft sektorunun və regionların sürətli inkişafının təmin edilməsinə, yeni müəssisələrin və yerlərinin açılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılmasına təkan verəcəyi şübhəsizdir.

Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri də sahibkarlığın inkişafı, habelə adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də ilk növbədə, bu sahəyə göstərilən xüsusi qayğının nəticəsidir. Son illərdə özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və maliyyə-iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə islahatların davam etdirilməsi Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun mahiyyətindən irəli gəlir.

Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni yerlərinin açılması, sosial xarakterli bir çox problemlərin həlli məhz sahibkarlığın inkişafından keçirbu baxımdan Azərbaycan Prezidentinin adamlarının fəaliyyətinə verdiyi yüksək qiymət olduqca sevindiricidir. Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən dövlət başçısı respublikanın sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu yüksək dəyərləndirir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin tərəfdarı olan cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdığı addımlar onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malik olduğunu göstərmişdir. Sahibkarların güzəştli kreditlərlə təmin olunması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması hallarını tənqid etmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Təsisçisi olduğum "Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC-nin yaradılması və fəaliyyətə başlaması məhz Prezident İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyəti üçün yaratdığı əlverişli mühitin, diqqət və qayğının nəticəsidir. Azərbaycan Prezidentinin ölkəyə rəhbərliyinin ilk günlərindən başlayaraq özəl sektorun, xüsusən qeyri-neft sahəsinin inkişafı istiqamətində inamlı addımlar atması, regionların, qeyri-neft sektorunun davamlı və tarazlı inkişafında sahibkarların rolunun önə çəkilməsi məni də bu sahədə fəaliyyətə ruhlandırdı.

Həyata keçirdiyimiz ən mühümuğurlu layihələrdən biri Xırdalan şəhərində saldığımız "AAAF Park Yaşayış Kompleksi"dir. Ən müasir standartları əsas götürməklə apardığımız tikinti işləri son illərdə Xırdalan şəhərinin həm inkişafına, həm də simasının modernləşməsinə əvəzsiz töhfələr verib. Qısaca olaraq "AAAF Park" adlandırdığımız bu layihə çoxfunksiyalıdır. Çünki layihə müasir yaşayış binalarının, ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarətdir. Üstəlik, ərazisində uşaq bağçasının, tam orta məktəbin, liseyin, tibb mərkəzinin və digər sosial infrastruktur obyektlərinin fəaliyyət göstərməsi "AAAF Park"ı ən modern bir yaşayış kompleksi kimi təqdim etməyə imkan verir.

Hələ 2006-cı ildə bu layihəyə başlayarkən əsas məqsədlərimizdən biri ölkəmizdə idmanın inkişafına xidmət etmək olub. Ona görə də "AAAF Park" indinin özündə həm də Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən "Zirvə" İdman Klubunun əsas təlim-məşq bazasıdır. Ən müasir standartlar səviyyəsində inşa olunmuş ağırlıqqaldırma zalında xeyli sayda idmançı məşğul olur. Zalın yaxınlığında inşa edilmiş birmərtəbəli binalarda idmançıların yaşayışı üçün hər bir şərait yaradılıb.

Qeyd edim ki, 2006-cı ildən fəaliyyətə başlayan "Zirvə" İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik bir idman klubu olan "Zirvə", idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi, eyni zamanda dövlətimizin idmana qayğı siyasətinə öz dəstəyini vermək məqsədi ilə yaradılmışdır. Azərbaycan ağır atletikasının şəksiz lideri olan "Zirvə" İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropadünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıqqaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər bu qələbələrlə yanaşı, 7 dəfə dünyaAvropa rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.

Üstəlik, "Zirvə" İdman Klubunun Azərbaycanın bölgələrində böyük kompleksləri vardır. Lənkəran, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait yaradılıb. Klubun beynəlxalq layihəsi olan "Zirve İnternational Sport Clubs" çərçivəsində Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, Gürcüstan, UkraynaPolşada idman kompleksləri inşa işləri başlanılmış, mərkəzi Azərbaycanda - "AAAF Park"da olan geniş idmançı şəbəkəsi qurulmaqdadır.

Layihənin əsas məqsədlərindən birinin idmanın inkişafına dəstək göstərmək olsa da, artıq bu kompleks ötən illərdə genişlənərək modern yaşayış massivinə çevrilib. Təbii ki, layihəmizin bu cür uğurlu alınmasında təqdim etdiyimiz xidmətlərimizin insanlar tərəfindən yüksək şəkildə qiymətləndirilməsi öz sözünü deyir. Bunun nəticəsidir ki, ildən-ilə burada hündürmərtəbəli yaşayış binaları, kotteclər inşa etdik. Əhalinin marağını nəzərə alaraq, eləcə də ölkəmizdəki əlverişli sahibkarlıq mühitindən və tikinti qanunvericiliyinin yaratdığı imkanlardan yararlanaraq yeni yaşayış binalarının inşasını davam etdiririk. Arzu edənlər tam ödəniş və ya sərfəli kredit şərtləri ilə Xırdalan şəhərinin bu səfalı guşəsindən istəklərinə uyğun mənzil ala bilərlər.

"AAAF Park" abşeronluların asudə istirahətini də unutmayıb. Ərazidə salınmış parkda sakinlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən kaferestoranlar gün ərzində sakinlərin xidmətindədir. Kompleksin əsas devizi "Sağlamlığa xidmət" olduğundan istirahət parkında siqaret çəkmək yasaqdır. Kaferestoranlarda isə müştərilərə alkoqollu içkilər satılmır. Burada uşaqların əylənmək imkanları da kifayət qədər genişdir. Açıq havadakı "Limuland" Uşaq-Əyləncə Mərkəzi isə daim yeni əyləncələrlə uşaqların xidmətindədir. Yol ətrafındakı müxtəlif heyvan maketləri öz dinamikliyi və təbii səs çıxarmaları ilə parka gələn qonaqların, əsasən də uşaqların maraq və sevincinə səbəb olur. Hündürlüyü 35 metr olan "Günəş çarxı"nın istifadəyə verilməsi burada uşaqların əylənmək imkanlarını bir qədər də artırıb.

"AAAF Park" bizim Abşeronda həyata keçirdiyimiz uğurludavam etməkdə olan layihədir. İdman qurğularının və yaşayış binalarının, xidmət və infrastruktur sahələrinin vəhdətindən doğan gözəllik Xırdalan şəhərinin son illərdə gözəlləşən görkəminə əlavə rəng qatır. Dövlətimizin yaratdığı imkanlardan, Prezident İlham Əliyevin diqqət və qayğısından yararlanaraq öz fəaliyyətimizlə ölkəmizdə tikinti sektorunun və idmanın inkişafına layiqli töhfələrimizi verməkdə davam edəcəyik.

 

Tofiq HEYDƏROV,

"Zirvə İdman Kompleksi" MMC-nin (AAAF Park Yaşayış Kompleksinin) təsisçisi

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 4.