Gəncənin sənaye potensialı artır

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi Azərbaycanda sənayeləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına imkan verib. Dövlət başçısının sərəncamına uyğun olaraq, "2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı" hazırlanıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında sənayenin müəyyən edilmiş uzunmüddətli inkişaf istiqamətləri sənaye ilə bağlı dövlət proqramında əsas kimi götürülüb. 2014-cü il üçün isə ayrıca Tədbirlər Planı təsdiq edilib. Həmin plana əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı hazırda lazımi işlər görülür.

Gəncə şəhərinin son illərdəki inkişafı, sosial-iqtisadi uğurları bu qədim yurdun sənaye potensialı ilə şərtlənir. Təsadüfi deyil ki, şəhərin sənaye müəssisələrində istehsal olunan məhsulların təxminən yarısı xarici ölkələrə ixrac edilir.

Prezident İlham Əliyev demişdir: "Mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı  da sənaye istehsalının hesabına mümkün olacaqdır".

Gəncədə ilin birinci yarısında istehsal edilmiş ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 285,3 milyon manat təşkil edib. Ümumi daxili məhsulun 32,4 faizi sənayenin, 0,1 faizi kənd təsərrüfatının, 15,1 faizi tikinti-quraşdırma işlərinin, 12,1 faizi nəqliyyatın, 0,8 faizi informasiya rabitə sahələrinin, 39,5 faizi ticarət xidmət sahələrinin payına düşüb. İlin əvvəlindən məhsul istehsalı xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Gəncə Avtomobil Zavodunda, "Gəncə-Şərab-2", "Cihazqayırma zavodu" ASC-lərdə, MTK "Gəncə-Tekstil" filialında, "ELBA" MMC digər müəssisələrdə artım müşahidə olunub. Ümumi istehsalın 87,8 faizi sənaye məhsulu istehsalının, 12,2 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranıb.

Gəncə ŞİH-dən aldığımız məlumata görə, dövlət başçısının dəstəyi ilə Gəncə şəhərində dəmir istehsalından tutmuş polad istehsalına "DEAT.AL Alüminium"  MMC-nin Gəncə Alüminium Zavodunun bazasında alunit filizinin hasilatından alüminium istehsalına qədər bütün mərhələləri əhatə edən parkların yaradılması nəzərdə tutulub bu istiqamətdə işlər yüksək templə davam etdirilir. Bundan əlavə, Prezidentin metallurgiya sənayesinin inkişafı ilə əlaqədar imzaladığı sərəncama əsasən, Gəncə şəhərinin Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından tutmuş, polad istehsalına qədər bütün mərhələləri əhatə edən Polad İstehsalı Kompleksi yaradılacaq. Bu isə minlərlə yeni yerinin açılması deməkdir. Mütəxəssislərin bildirdiyinə görə, metallurgiya sənayesinin inkişafı üçün Azərbaycanda kifayət qədər xammal təbii resurs mövcuddur.

Çirkli plastik su boruları fitinqlər istehsal edən "SEMPA" QSC-nin istehsal sahəsində son tamamlama işləri görülür yeni inzibati binanın tikintisi davam edir. Eyni zamanda "DET.AL Alüminium" MMC-nin Gəncə Alüminium Zavodunun istehsal gücü ildə 50 ton olan II fazasının "Elba Kəsim Emal Fabrikası" MMC-nin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. "Gəncə Avtomobil Zavodu" İB ilə "Minsk təkərli dartıcılar zavodu" ASC  arasında bağlanmış müqaviləyə əsasən bu ilin may ayından zavodda ağır tonnajlı yüklərin daşınması üçün qoşqu yarımqoşquların istehsalına başlanılıb.

"Gəncə-Qənnadı" ASC-nin Süd Emalı Zavodunda texnoloji proses quraşdırılmış avadanlıqlar test sınağından müvəffəqiyyətlə keçib müəssisənin istifadəyə tam hazır olduğu bildirilir. "Gəncə Tekstil" ASC- yeni açılan əl ilə toxunma xalça sexində isə 18 xana quraşdırılaraq istifadəyə verilib. Hazırda burada 25 işçi çalışır.

Qeyd edək ki, Gəncənin sənaye istehsalı müəssisələrinin sırasına biri qoşulmalıdır. Şəhərdə vaqon istehsalı zavodunun inşası planlaşdırılır. Hazırda İsveçrənin "Ştadler" şirkəti ilə birgə layihə-smeta sənədləri hazırlanır.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasda sənayenin inkişafının diqqət mərkəzində olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev demişdir: "Həm  xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Bu investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər sair-bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni biz özəl sektora qayğı göstəririk,  real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun".

Göründüyü kimi, Gəncənin sənaye şəhəri kimi inkişafı getdikcə sürətlənir. Yeni sənaye istehsalı müəssisələri fəaliyyətə başlayandan sonra Gəncə bu sahədə daha yüksək göstəricilərə nail olacaq.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 15 avqust.- S. 5.