Sosial sifariş: uşaqlara sevgi dolu bir ev
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının "Günərzi
Qayğı Mərkəzi"
layihəsi də bu məqsədi daşıyır
Hər bir körpənin dünyaya gəlişi ailənin sevincinə səbəb olur. Lakin elə ailələr
də olur ki, orada dünyaya
gələn körpənin
taleyi bir sıra səbəblərdən
üzünə gülmür.
Ona görə də körpələrə və
uşaqlara qayğı
nəinki dövlətin,
eyni zamanda, cəmiyyətin və ictimaiyyətin mənəvi
borcuna, sosial sifarişinə çevrilir.
Respublikamızda uşaqların sosial hüquqlarının müdafiəsi
və onlara hərtərəfli qayğı
özünü bariz şəkildə göstərməkdədir. Nəinki
dövlət strukturlarının,
eləcə də Qeyri-Hökumət Təşkilatlarının
fəaliyyət proqramlarında
bu məsələ daim diqqət mərkəzində saxlanılır.
Çünki cəmiyyətdə
elə ailələr var ki, dünyaya
gətirdikləri körpələr
həddi-buluğa çatmamış
bir sıra problemlərlə üz-üzə
qalır, sosial, maddi və mənəvi
qayğıya ciddi ehtiyac duyurlar. Bu riski azaltmaq
və ailələrin
öz problemlərini həll etməsinə kömək baxımından
belə uşaqlar üçün yaradılan
"SOS Uşaq Kəndləri-Azərbaycan"
Assosiasiyası bir sıra layihələr həyata keçirir.
Belə sosial təyinatlı layihələrdən biri də adıçəkilən
assosiasiyanın Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq
çərçivəsində Yevlaxda reallaşdırdığı
"Günərzi Qayğı
Mərkəzi"dir.
Mərkəz Azərbaycan Respublikası
Prezidentinin "Sağlamlıq
imkanları məhdud uşaqlara
və sosial təhlükəli vəziyyətdə
olan, yetkinlik yaşına çatmayanlara
sosial xidmət göstərilməsi sahəsində
əlavə tədbirlər
haqqında" 9 yanvar
2013-cü il tarixli sərəncamına əsasən,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
alınan sosial sifarişlə yaradılıb.
Ötən ilin avqust-dekabr
ayları ərzində
kompleks sosial xidmətlər göstərən
assosiasiya cari ilin iyulundan isə "Günərzi Qayğı Mərkəzi"
layihəsinin icrasına
başlayıb.
"SOS Uşaq Kəndləri-Azərbaycan"
Assosiasiyası uşaqlara
sevgi dolu bir ev bəxş etmək istiqamətində peşəkar
fəaliyyətə başlayandan
bir çox uğurlu işlər həyata keçirib. Budəfəki layihə isə Yevlax rayonu ərazisində 3-12 yaş arası, çətin şəraitdə
yaşayan uşaqların
sosial kimsəsizliyinin
aradan qaldırılması,
onların dövlət
uşaq müəssisələrinə
yerləşdirilməsinin minimuma
endirilməsi, bu tipli ailələrin yardımçısına çevrilməsi
məqsədi daşıyır.
"Günərzi Qayğı
Mərkəzi"nin əsas
məramı Yevlax rayonu ərazisində yerləşən tək valideynli (qəyyumu, himayəçisi olan), ata-anasını itirərək
qohumlarının (əmək
qabiliyyətli yaşda
olan nənə, baba, əmi, dayı, bibi, xala, yetkinlik yaşına çatmış
bacı və ya qardaş) himayəsində qalan, birinin əlilliyi və ya xəstəliyi
olan, digərinin (və ya hər
iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən
günün çox hissəsini (12-14 saat) günəmuzd qaydada işləyən valideynlərin
övladları, həmçinin
inteqrativ təhsilə
cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərməkdir.
Burada məktəbəqədər
(3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan
ibarət iki qrup yaradılıb. Ehtiyaclar
nəzərə alınmaqla,
mərkəz uşaqların
fiziki inkişafına,
onların cəmiyyətə
uyğunlaşmasına yardım,
gündəlik həyat
vərdişlərinin aşılanması,
maraq və bacarıqlarından asılı
olaraq dərnəklərə
cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili,
ev tapşırıqlarının
hazırlanmasına kömək
kimi vacib xidmətlər göstərilir.
Onu da qeyd edək
ki, daim sosial risk altında olan uşaq və ailələrə
15 ildən artıq bir dövrdə yüksək keyfiyyətli
alternativ qayğı göstərmək assosiasiyanın
fəaliyyətinin əsasını
təşkil edir.
Əlbəttə, burada
məqsəd yalnız
sadalananlar deyil, eyni zamanda, bu
kateqoriyaya aid uşaqların
sağlam ruhda böyüməsi, arzuolunmaz
yollardan, ziyanlı vərdişlərdən uzaqlaşdırılması,
cəmiyyətin tam yararlı
üzvünə çevrilməsidir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan. - 2014.- 15 avqust.- S. 6.