İranın “Dəniz” qəzeti Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a növbəti müsahibəsini dərc edib

 

İran İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a verdiyi növbəti müsahibəsini latın əlifbası ilə dərc edib.

Qəzetin  www.daniznews.ir veb-saytında yer alanSerj Sarkisyan növbəti dəfə qarşılıqlı razılaşmanı pozdu” başlıqlı müsahibədə Ermənistan prezidentinin riyakarlığı və yalan danışması faktlarla üzə çıxarılaraq sübuta yetirilib. Bildirilib ki, S.Sarkisyanın qapalı keçirilən danışıqlarda müzakirə olunan məsələləri subyektivöz mənafeyinə uyğun şəkildə mətbuata ötürməsi siyasidiplomatik əxlaqa sığmır. Ölkə rəhbəri və prezident olaraq belə hərəkətlər ona qətiyyən başucalığı gətirmir.

Müsahibədə qeyd olunub ki, Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlər arasında keçirilən görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi yalnız Sarkisyan kimiləri edə bilər.

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2014.- 10 avqust.- S. 3.