Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu
il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununda
nəzərdə tutulmuş
pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə
ballarının uçotu
Qaydası"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 277 Bakı
şəhəri, 14 avqust
2014-cü il
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2014-cü il 4 mart tarixli
917-IVQD nömrəli Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 aprel tarixli 136 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə
512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə
1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə
764; 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852; 2012, ¹ 9, maddə
922; 2013, ¹ 3, maddə 344) ilə
təsdiq edilmiş
"Yol hərəkəti
haqqında" Azərbaycan
Respublikası Qanununda
nəzərdə tutulmuş
pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə
ballarının uçotu
Qaydası"nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 4.1-ci bəndin birinci və üçüncü
cümlələrində "mərkəzi məlumat bazasında" sözləri
"mərkəzi informasiya
sistemində" sözləri
ilə əvəz edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində və
5.2-ci bənddə "mərkəzi
məlumat sisteminə"
sözləri "mərkəzi
informasiya sisteminə"
sözləri ilə əvəz edilsin.
3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi
məlumat bazasının"
sözləri "mərkəzi
informasiya sisteminin"
sözləri ilə əvəz edilsin.
4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş
məlumat bazasında"
sözləri "mərkəzi
informasiya sistemində"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2014.- 17 avqust.- S. 1.