İqtisadiyyatın qeyri-enerji sektorunda 6,9 faiz artım var

 

Açılan yeni yerlərinin 70 faizə yaxını regionların, 84 faizi qeyri-dövlət sektorunun payına düşür

 

Dünyanın çalxalandığı, sosial-iqtisadi məsələlərin regional hərbi-siyasi çəkişmələrin fonunda kölgədə qaldığı indiki zamanda Azərbaycanın makroiqtisadi göstəriciləri artmaqda davam edir. Bu reallıq bir daha sübut edir ki, ölkəmizin iqtisadi yüksəliş üçün həyata keçirdiyi bütün tədbirlər dərin düşünülmüş, hər cür daxilixarici məqamlara hesablanmış siyasətə əsaslanır. Həmin siyasətin diqqətçəkən və xalq tərəfindən bəyənilərək dəstəklənən bir cəhəti də ondan ibarətdir ki, o, son nəticədə əhalinin sosial-maddi vəziyyətinin, sadə dillə desək, güzəranının yaxşılaşmasına xidmət edir. Bütün bunları Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-iyul ayları üzrə ölkənin makroiqtisadi göstəricilərini əks etdirən hesabatı bir daha təsdiqləyir.

Hesabata görə, bu ilin 7 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 34 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 45,5 faizi sənayedə, 11,4 faizi tikinti kompleksində, 9,8 faizi ticarət və pullu xidmətdə, 5 faizi nəqliyyatda, 1,7 faizi informasiya və rabitədə, 4,9 faizi aqrar sektorda, 14,6 faizi digər sahələrdə yaradılmışdır. Hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 3621,3 manat (4617,3 ABŞ dolları) məbləğində əlavə dəyər istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

DSK-nın məlumatına əsasən, yanvar-iyul aylarında əlavə dəyərin 56,8 faizi qeyri-neft sektorunda istehsal olunmuşbu göstərici keçən ilin eyni dövrünə nisbətən 6,8 faiz artmışdır. Ümumiyyətlə, sözügedən dövrdə iqtisadiyyatın qeyri-enerji sektorunda 6,9 faiz artım müşahidə olunmuşdur. Nəzərə alsaq ki, hesabat aylarında neft-qaz sektorunda 3,1 faiz azalma qeydə alınmışdır, onda ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyi bir daha təsdiqini tapır.

Statistiklərin hesablamalarına görə, ilin əvvəlindən ötən 7 ay ərzində Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,8 milyard manatlıq məhsul istehsal olunmuşdur. Düzdür, bu məhsulların kifayət qədər çox hissəsi (72,5 faizi) hələlik mədənçıxarma bölməsinin payına düşür (yeri gəlmişkən qeyd edək ki, ölkədə yanvar-iyul ayları ərzində 24,9 milyon ton neft, 10,8 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir). Amma, yuxarıda qeyd etdiyimiz kimi, hökumətin qeyri-neft sektorunun inkişafı ilə bağlı gördüyü tədbirlər bu rəqəmin də yaxın gələcəkdə dəyişəcəyindən xəbər verir. Bunun davamı olaraq emal bölməsinin qeyri-neft sahəsinə nəzər salaq: yanvar-iyul aylarında Azərbaycanda qida məhsulları istehsalı 3,1, geyim istehsalı 42,9, hazır metal məmulatları istehsalı 14,4, tikinti materialları istehsalı 22,6, elektrik avadanlıqları istehsalı 17,1, avtomobil və qoşquların istehsalı 66,2, mebel istehsalı 13,4, zərgərlik, musiqi, idmantibb avadanlıqları istehsalı 62,5 faiz və digər nəqliyyat vasitələri istehsalı 3,4 dəfə artmışdır. Ümumiyyətlə, hesabat dövründə qeyri-neft emal sənayesində 2,8 milyard manatlıq və ya keçən ilin müvafiq dövründəkindən 3,3 faiz çox sənaye məhsulları istehsal olunmuşdur. Bütövlükdə isə sənayenin qeyri-neft sektorunda 4,4 faiz artım qeydə alınmısdır.

Bu artımda tikinti sektorunun da payı az deyil. Belə ki, 7 ay ərzində ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075,5 milyon manat, yaxud 2013-cü ilin eyni dövründəkinə nisbətən 3 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 6596,7 milyon manatından tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da müqayisə olunan dövrdəkindən 13 faiz çoxdur. Bu yerdə diqqətçəkən daha bir fakt: əsaslı vəsaitin 67,7 faizi məhsul istehsalı obyektlərinin tikintisinə yönəldilmişdir. Digər mühüm bir fakt isə ondan ibarətdir ki, əsas kapitala yönəldilən vəsaitin 70,8 faizi daxili investisiyalardır. Xarici sərmayələrə gəldikdə qeyd edək ki, bu sahədə 18,9 faiz artım müşahidə olunmuşdur.

Tikinti kompleksinə yönəldilən vəsait hesabına 7 ay ərzində ölkədə müxtəlif təyinatlı onlarca obyekt (ümumi sahəsi 986,5 min kvadratmetr olan yaşayış evləri, 3300 şagirdlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakıda "Norm" sement zavodu, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni Gəmi İnşası zavodu, Milli Konservatoriyanın yeni inzibati tədris kompleksi, AMEA Mərkəzi Kitabxanasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, İdman, Tibb, Diaqnostika Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan MR- "Arpaçay-2" SES, Su anbarı sutəmizləyici qurğular kompleksi, Gənclər Mərkəzi, Sumqayıtda Kağız karton istehsalat kombinatı, Yağ fabriki, Mis Emalı zavodu, Gəncədə Metaltökmə fasiləsiz yayma, Təzyiqlə emal boyama zavodları, Ağdaşda Yem Meyvə emalı zavodları, "Ağdaş" elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələdə "Tufan" dağ-xizək yay-qış istirahət kompleksinin birinci mərhələsi, Lənkəranda Çörək zavodu, Şamaxıda "Şamaxı Palace Platinum By Rixos" s.) istifadəyə verilmişdir.

Bütün bunlar isə, sözsüz ki, həm yeni yerləri deməkdir. Söz düşmüşkən bildirək ki, 2014-2018-ci illər əhatə edən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası çərçivəsində cari ilin birinci yarısında Azərbaycanda 52,8 mini daimi olmaqla 65,1 min yeni yeri açılmışdır. Xüsusi vurğulanmalı faktın biri ondan ibarətdir ki, açılan yerlərinin 69,3 faizi regionların, 83,9 faizi qeyri-dövlət sektorunun payına düşür.

Ölkənin iqtisadi inkişafını sübut edən faktorlardan biri nəqliyyat sektorundakı vəziyyətdir. DSK-nın məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycanın nəqliyyat müəssisələri bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul ayları ərzində 124,9 milyon ton yük (əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox) 1004,9 milyon nəfər (5 faiz çox) sərnişin daşınmışdır. Daşınan yüklərin 9,8 faizi dəmir yolunun, 56,8 faizi avtomobilin, 4,6 faizi dəniz nəqliyyatının, 29,4 faizi boru kəmərlərinin payına düşür.

Xarici ticarətə gəldikdə isə qeyd edək ki, DSK-nın Dövlət Gömrük  Komitəsinə istinadən hazırladığı hesabata əsasən, yanvar-iyun aylarında Azərbaycan 134 ölkə ilə 15,3 milyard manatlıq ticarət əməliyyatları həyata keçirmişdir. Bu əlaqələrin 9,2 faizi MDB- üzv olan, 90,3 faizi isə digər ölkələrlə aparılmışdır. Ticarət əlaqələrində ixrac yenə idxalı kifayət qədər, daha dəqiq desək, 2,7 dəfə üstələmişdir. Bu isə 7121,7 milyon dollarlıq müsbət saldo deməkdir. Sevindirici haldır ki, hesabat dövründə qeyri-neft məhsullarının ixracında artım da yüksək olmuşdur - 6,6 faiz.

Təbii ki, bütün sahələrdə belə davamlı inkişaf əhalinin güzəranına da müsbət təsir göstərir. DSK-nın məlumatına əsasən, ilin əvvəlindən ötən 7 ay ərzində əhalinin gəlirləri 4,7 faiz artaraq 21 milyard, hər nəfərə düşən gəlirlər isə 3,4 faiz çoxalaraq 2239,1 manata (orta hesabla ayda 319,9 manata) çatmışdır. 6 ayın hesablamalarına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqları 439,8 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çoxdur. Sənaye, tikinti, nəqliyyat s. sahələrdə işləyənlərin orta aylıq maaşları isə daha yüksəkdir. Məsələn, bu gün sənayedə çalışanlar ayda orta hesabla 705,6, tikintidə işləyənlər 622,3, nəqliyyatçılar 539, informasiya rabitə sektorunda fəaliyyət göstərənlər 726,4, neftçilər 1777,6 manat əməkhaqqı alırlar. Ümumiyyətlə, son hesablamalara əsasən,  Azərbaycanda qeyri-neft sektorunda orta aylıq maaş orta hesabla 406, dövlət bölməsində 354,3, özəl sektorda 566,5 manatdır.

 

R.MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 17 avqust.- S.4.