«Azəri-Çıraq-Günəşli»dən
gündə 656 min bareldən çox neft hasil olunur
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarındakı platformalardan neft və səmt qazının hasilatı davam edir. Layihənin əməliyyatçısı BP şirkətindən aldığımız məlumata görə, cari ilin birinci yarısında "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformalarından ümumilikdə gündə orta hesabla 656 min 100 barel neft hasil olunub.
Yarım ildə AÇG-də fəaliyyət göstərən həmin 6 hasilat platformasından ümumilikdə təqribən 118,8 milyon barel, yaxud 16 milyon ton neft alınıb. Sonuncu "Qərbi Çıraq" platforması bu ilin əvvəlindən fəaliyyət göstərir. Buradan hasilat yanvarın 28-də öncə qazılmış quyuların birincisindən başladı. O vaxtdan bəri platformadan hasilat artaraq dörd quyudan indiki həddə - gündə 50 min bareldən artıq səviyyəyə çatıb. İl ərzində digər öncəqazma quyuları işə düşdükcə "Qərbi Çıraq"ın hasilatı artacaq.
Hazırda AÇG-də 81 neft
hasilat quyusu və 36 injektor quyusu istismar edilir. Bunlardan 18-i (13 hasilat,
5 suvurma quyusu) "Çıraq"dadır və
onlar orta hesabla gündə 65 min
800 barel neft verir.
"Mərkəzi Azəri"nin 25 quyusu var. Onlardan 18-i hasilat, 1-i suvurma, 6-sı qaz injektor quyusudur. Bu platformadan gündə
orta hesabla 167 min 600 barel hasilat əldə
edilir.
"Qərbi Azəri"nin istismarda olan 24 quyusundan (18-i hasilat, 6-sı suvurma quyusudur) gündəlik orta hasilat 165 min 100 barel təşkil edir.
"Şərqi Azəri"də
isə 17 quyu istismardadır. 13 hasilat
və 4 suvurma quyusuna malik bu qurğu gündə
orta hesabla 83 min 200 barel neft verir.
"Dərinsulu Günəşli"
hazırda ən çox quyuya malik platformadır. Burada
15-i hasilat və
14-ü suvurma quyusu olmaqla 29 quyu var. Platformadan gündə orta hesabla 148 min 500 barel neft çıxarılır.
"Qərbi Çıraq"ın
hələlik 4 quyusundan
gündəlik orta hasilat 25 min 900 bareldir.
Bəs AÇG-dən
hasil edilən səmt qazı necə istifadə olunur? "Dərinsulu Günəşli"nin səmt qazını 28 düymlük
ölçülü sualtı
qaz kəməri vasitəsilə birbaşa
Səngəçal terminalına
və oradan da ölkənin daxili istifadəsi üçün "Azəriqaz"
dövlət qaz şəbəkəsinə göndərilir.
"Azəri"nin səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri
ilə yatağın mərkəzi hissəsindəki
Kompressor və Suvurma Platformasına göndərilir. Onun bir hissəsi
təzyiqi saxlamaq məqsədilə yenidən
kollektora vurulur, qalan hissəsi isə sualtı xətlərlə Səngəçal
terminalına nəql edilərək ölkənin
qaz şəbəkəsinə
təhvil verilir.
Hazırda "Mərkəzi Azəri"də 6 quyudan
laylara qazvurma əməliyyatları davam
edir.
"Qərbi Çıraq"dan
hasil edilən səmt qazının böyük hissəsi Səngəçal terminalına
göndərilir. Platformada qaz kondensasiya
və kompressiya sistemlərinin istismar sınaqları başa çatıb və sistemlər tam istismara təhvil verilib. Bu, "Qərbi Çıraq"
qazının tam həcmdə
terminala göndərilməsini
təmin edib.
"Çıraq" platformasında hasil edilmiş səmt qazının müəyyən
hissəsi isə mövcud 16 düymlük sualtı kəmərlə
ARDNŞ-nin "Neft Daşları"ndakı kompressor
stansiyasına göndərilir. İkinci rübdə
BP buxarlanan qaz kompressoru və boru kəməri üçün nəzərdə
tutduğu təkmilləşdirmə
işlərini başa
çatdırıb. Bu
isə qazın məşəldə yandırılmasını
azaltmağa imkan verib.
2014-cü
ilin birinci yarısı ərzində
ARDNŞ-yə gündə
təqribən 6,6 milyon kubmetr (233,8 milyon standart kubfut), ümumilikdə isə 1,2 milyard kubmetr (42,3 milyard kubfut) AÇG səmt qazı verilib.
AÇG-də qazma
işləri də aparılır. Belə ki, ilin ilk 6
ayında burada 8 neft hasilat quyusu
və bir suvurma quyusu qazılıb. "Çıraq"da
keçən il dekabrın sonunda qazılmağa başlanılan yeni A06X hasilat quyusu bu ilin martında
istismara verilib. Apreldə yoxlama və intervensiya əməliyyatlarından
sonra "Çıraq"da
bir aylıq profilaktika işləri aparılıb. İyulda isə
A05y quyusunda qazma işləri başladı.
Bu quyunun ilin
sonunadək tamamlanması
gözlənilir.
"Mərkəzi Azəri"də
B28 hasilat quyusu tamamlanaraq mayın 19-da istismara verilib. Onun ardınca
B22 və B13 quyularında
intervensiya və dörd ötürücünün
quraşdırılması əməliyyatları aparılıb.
Daha sonra B06 quyusunda intervensiya əməliyyatları
həyata keçirilib,
qazma qurğusu B29 quyusuna yaxınlaşıb
və burada qazma əməliyyatları
davam edir.
"Qərbi Azəri"də
keçən ilin dekabr ayında qazılmağa başlanan
C28 hasilat quyusu tamamlanaraq bu ilin mart ayında istismara verilib. Bundan sonra C25 quyusunda intervensiya, C14 quyusunda qum şırnağının
dayandırılması, C11 quyusunda qazlift və ötürücünün
quraşdırılması, qazma qurğusunun profilaktikası əməliyyatlarını
aparılıb. Hazırda C14 quyusunda əlavə intervensiya və təmizləmə işləri
gedir.
"Şərqi Azəri"də
bu ilin yanvar
ayında D03 quyusunda intervensiya əməliyyatları
sona çatıb. Bunun ardınca
əlavə intervensiya
və təmizləmə
əməliyyatları aparılıb.
Daha sonra D25 quyusu qazılmağa başlanıb
və onun cari ilin sonunadək
tamamlanması nəzərdə
tutulub.
"Dərinsulu Günəşli"də
yanvar ayında E02Y quyusunda qazlift quraşdırmaq üçün
aparılan intervensiya əməliyyatları tamamlanıb. E12 quyusunda yoxlama, E09Y quyusunda yanaqazma və E09y quyusunda tamamlama işləri aparılıb. Daha sonra
qazma qurğusunun profilaktikası və əlavə intervensiya əməliyyatları aparılıb
və E19 quyusunun qazılmasına başlanıb.
"Dədə Qorqud"
yarımdalma qazma qurğusu vasitəsilə
bir sualtı suvurma quyusu - H07z quyusu qazılıb. Martın əvvəlində
daha bir suvurma quyusunun - H08-in qazılmasına başlanıb.
Bu quyuda işlər
artıq tamamlanmaq üzrədir.
"Qərbi Çıraq"da
ilin birinci yarısında 4 hasilat quyusu - J05, J11, J07 və
J14 tamamlanaraq istismara verilib. İyun ayında J03 quyusunda
qazma əməliyyatlarına
başlanıb və burada işlər davam edir.
Xatırladaq ki, AÇG-də
iştirak payları belədir: BP (operator - 35,8 faiz), ARDNŞ (11,6 faiz),
"Şevron2 (11,3 faiz),
"İNPEKS" (11 faiz), "Statoyl" (8,6 faiz), "EksonMobil" (8 faiz), TPAO
(6,8 faiz), "İTOÇU" (4,3 faiz), "ONGC Videş
Limited" (2,7 faiz).
F.SADIQLI
Azərbaycan. - 2014.- 17 avqust.- S. 4.