Qubadakı kütləvi məzarlığı
ziyarət edən məktəblilərin gözlərindən
düşmənə nifrət oxunurdu
Xəbər
verdiyimiz kimi, Şəmkir və Gədəbəydən olan məktəblilər
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu
tur-aksiya çərçivəsində Azərbaycanın
şimal bölgəsindədirlər.
Ekskursiya zamanı məktəbliləri müşayiət edən Şəmkir Rayon Təhsil Şöbəsinin metodisti Vəfa Namazova AzərTAc-a müsahibəsində bu tur-aksiyaların şagirdlərin istirahəti, Vətənimizi daha yaxından tanımaları üçün çox gözəl vasitə olduğunu bildirdi. Qeyd etdi ki, tur-aksiya çərçivəsində artıq Şabran, Qusar və Quba rayonlarının görməli yerləri, tarixi məkanları ilə tanış olublar. Səfər etdiyimiz hər bir yerdə məktəblilər yeni faktlar öyrənir. Avqustun 15-də Qubadakı kütləvi məzarlığı ziyarət etdik. Məktəblilərin bu dəhşətli mənzərəyə reaksiyasını görməyə dəyərdi. Onların gözlərindən düşmənə nifrət oxunurdu. Düşünürəm ki, Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyalar mütəmadi davam etdirilməlidir. Tarixi düşmənimizin əsl siması burda açılır.
Vəfa Namazova
dövlətimizin başçısının
tapşırığı ilə həyata keçirilən
tur-aksiyanın yüksək səviyyədə təşkil edildiyini vurğuladı. Bildirdi
ki, olduğumuz
rayonların hər birində məktəblilər üçün zəngin ekskursiya
proqramı tərtib edilib. Bununla yanaşı, şagirdlərimiz hər gün bol əyləncə
və mənalı istirahətdən zövq
alırlar.
Azərbaycan. - 2014.- 17 avqust.- S.5.