E.Z.İbrahimova «Əməkdar hüquqşünas» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova "Əməkdar hüquqşünas" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 avqust 2014-cü il

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.1.