Rəcəb Tayyib Ərdoğanın prezidentliyi rəsmən elan olundu

 

Türkiyə Ali Seçki Komissiyası Baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə dair rəsmi sənədi təsdiqləyib. Komissiyanın sədri Sadi Güven sənədi avqustun 15-də Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə təhvil verib.

S.Güvenin verdiyi məlumata görə, “Prezidentlik şəhadətnaməsi” Rəcəb Tayyib Ərdoğana avqustun 28-də Türkiyə Böyük Millət Məclisində Cəmil Çiçək tərəfindən təqdim olunacaqdır.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 1.