"Pedaqoji
profilli ixtisaslar üzrə ali
və orta ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində
işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 279 Bakı
şəhəri, 15 avqust
2014-cü il
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən, Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin təklifini
nəzərə alaraq
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində
işə başlamış
gənc mütəxəssislər
üçün əlavə
güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, № 4, maddə
358) 1-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"1. Pedaqoji profilli ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş
yaşı 35-dək olan
gənc mütəxəssislərin
kənd rayonlarında
yerləşən ümumi
təhsil müəssisələrinə
işə cəlb olunmasının stimullaşdırılması
və həmin müəssisələrdə pedaqoji
kadr tələbatının
ödənilməsi məqsədi
ilə dövlət sifarişinə əsasən
ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə
başlayan və 3 (üç) il müddətində həmin
təhsil müəssisəsində
fəaliyyətini davam
etdirən gənc mütəxəssislərə kommunal
xidmətləri və
yaşayış yerinin
kirayə haqqını
ödəmək üçün
60 (altmış) manat
məbləğində kompensasiya
verilsin və yerli icra hakimiyyəti
orqanları tərəfindən
bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə
ehtiyaclarının ödənilməsinə,
daimi məskunlaşmaq
üçün torpaq
sahələrinin ayrılmasına
köməklik göstərilsin.
1-1. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən
ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə
başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə
3 (üç) il müddətində
aylıq əməkhaqqına
ayda 100 (yüz) manat məbləğində
əlavə ödənilsin.
1-2. 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər
kənd məktəbində
pedaqoji fəaliyyətini
davam etdirən gənc mütəxəssislərə
daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə
ödənilsin.".
2. Bu qərar 2014-cü il sentyabrın 15-dən
qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2014.- 19 avqust.- S. 1.