Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu
il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 281 Bakı
şəhəri, 15 avqust
2014-cü il
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2014-cü il 4 aprel tarixli
936-IVQD nömrəli Qanununun
tətbiqi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
22 aprel tarixli 409 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə
1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə
1629; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 16 iyul tarixli 257 nömrəli qərarı) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.5.4-cü yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"3.5.4.
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası
və sərnişin daşımaları xidmətini
həyata keçirən
avtonəqliyyat vasitələri
ilə daşınan sərnişinlərin (şəhərdaxili
və ya qəsəbədaxili daşınan
sərnişinlər istisna
olmaqla) fərdi qəza sığortası
müqaviləsinin "İcbari
sığortalar haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq bağlanmasını
təsdiq edən icbari sığorta şəhadətnaməsi;".
2. 4.17-ci bəndin
birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"4.17.
Avtonəqliyyat vasitəsi
sahiblərinin mülki
məsuliyyətinin icbari
sığortası və
sərnişin daşımaları
xidmətini həyata keçirən avtonəqliyyat
vasitələri ilə
daşınan sərnişinlərin
(şəhərdaxili və
ya qəsəbədaxili
daşınan sərnişinlər
istisna olmaqla) fərdi qəza sığortası "İcbari
sığortalar haqqında"
Azərbaycan Respublikasının
Qanununa, avtonəqliyyat
vasitəsinin işçi
heyətinin üzvləri
əmək funksiyalarının
icrası zamanı bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta "İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.".
3.
10.1.11-ci yarımbənd aşağıdakı
redaksiyada verilsin:
"10.1.11.
sığorta olunanın "İcbari sığortalar haqqında"
Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
müəyyən edilmiş
hüquqlarından istifadə
etmək.".
4.
11.3.14-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"11.3.14.
bu qaydaların
4.17-ci bəndində nəzərdə
tutulmuş icbari sığorta növlərinin
həyata keçirilməsini
təmin etmək;".
5. XV hissənin adında "Pretenziya və iddiaların" sözləri
"Pretenziyaların" sözü
ilə əvəz edilsin.
6. 15.5-ci bənd ləğv edilsin.
7.
16.10.4-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"16.10.4.
bu qaydaların
4.17-ci bəndində nəzərdə
tutulmuş icbari sığorta növləri
həyata keçirilmədikdə;".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan. - 2014.- 19 avqust.- S. 1.