Təhsil nazirinin qəbulunda
bir sıra məsələlər yerindəcə həllini
tapdı
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə kömək
edirlər.
AzərTAc
xəbər verir ki, növbəti belə qəbul avqustun 18-də
Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində
keçirildi.
Təhsil
naziri Mikayıl Cabbarov Göyçay, Ucar, Zərdab və
Kürdəmir rayonlarından olan vətəndaşları qəbul
edərək onların şikayət və təkliflərini
dinlədi.
Vətəndaşların
müraciətləri əsasən işlə təminat,
diplomların tanınmasında yaranan problemlər, tələbələrin
təhsil aldıqları bir ali məktəbdən digərinə
keçirilməsi, xaricdə təhsil, yeni məktəblərin
tikilməsi və ya əsaslı təmiri ilə bağlı
idi.
Ümumilikdə
70-ə yaxın vətəndaşın iştirak etdiyi qəbul
zamanı vətəndaşları narahat edən bir sıra məsələlər
yerindəcə həllini tapdı. Nazir vətəndaşların
səsləndirdikləri müraciət və təkliflərlə
əlaqədar aidiyyəti qurumların rəhbərlərinə
müəyyən göstəriş və
tapşırıqlar verdi. Təhsil Nazirliyinin səlahiyyətlərinə
aid olmayan digər müraciətlər isə müvafiq
qurumlara çatdırılması üçün qeydiyyata
alındı.
Qəbula
gələn vətəndaşlar onlar üçün
yaradılmış şəraitdən
razılıqlarını bildirdilər.
Azərbaycan. - 2014.- 19 avqust.- S. 4.