Dövlət müşaviri
Bilik Fondunun nümayəndələri
ilə görüşdü
Avqustun
15-də Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun nümayəndələrinin Himayəçilik
Şurasının üzvü, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, akademik Kamal Abdullayevlə növbəti
görüşü keçirilib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” və “Dini abidələrdə tarixin izləri” layihələrinin icrası barədə fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Oktay Səmədov “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunan bölgələr, layihə çərçivəsində keçiriləcək tədbirlər – “dəyirmi masa”lar, viktorinalar, ekskursiyalar, nəzərdə tutulan perspektiv planlar haqqında ətraflı məlumat verib.
K.Abdullayev qardaşlaşmış məktəblərin şagirdləri arasında elm, idman, mədəniyyət, intellektual, texnoloji sahələrdə əlaqələrin ilboyu inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Təkcə tədrisdə uğurları ilə fərqlənənlərə deyil, zəif şagirdlərə də həssaslıqla yanaşmağı, həvəsləndirici tədbirlər görməyi tövsiyə edib.
Görüşdə “Dini abidələrdə tarixin izləri” layihəsi üzrə Bərdə imamzadəsində aparılan ilkin işlərin alimlər, yerli ictimaiyyət, o cümlədən Bərdə ziyalıları arasında maraqla qarşılandığı bildirilib. Layihənin geniş elmi, arxeoloji araşdırmalara təkan verə biləcəyi vurğulanıb.
Bilik Fondunda
“Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün
xaricdə”, “Dünya elmi
bu gün Azərbaycanda”,
“Fondun xarici nümayəndəliklərinin
yaradılması”, “Epizodlar”, “Auditoriya +” və digər layihələr
üzərində iş gedir.
Azərbaycan. - 2014.- 16 avqust.- S. 4.