Görkəmli alim, dünya şöhrətli cərrah Cavad Heyət son mənzilə yola salındı

 

Avqustun 15-də görkəmli alim, ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü Cavad Heyət son mənzilə yola salındı.

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Görkəmli cərrahın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Cavad Heyətin həmkarları, dostları, tanışları, tanınmış elm mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alim gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq tibb elminin görkəmli nümayəndələrindən olan Cavad Heyətin tibb sahəsinin inkişafındakı xidmətlərindən danışıb. O, Cavad Heyətin Azərbaycanın elmi mədəni nailiyyətlərinin geniş tanıdılması təbliği, eləcə ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr verdiyini vurğulayıb. Alimin keçdiyi çətin şərəfli ömür yolundan söz açan İ.Quliyev qeyd edib ki, Cavad Heyət bütün mənalı ömrünü tibb elminin, Azərbaycan dili ədəbiyyatının, mədəni düşüncəmizin inkişafına sərf edib. O, uzun müddət cərrahlığın tədrisi cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

Bildirilib ki, tibb sahəsində böyük nailiyyətlər qazanan Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi dünyada tanıdıb. Görkəmli həkim 1969-cu ildə Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirib. Tibb sahəsində nailiyyət hesab olunan bir çox cərrahi əməliyyatlar onun adı ilə bağlıdır.

İ.Quliyev vurğulayıb ki, Cavad Heyət həm təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi tanınır. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilir. Alimin 100-dən artıq məqaləsi dünyanın müxtəlif tibb jurnallarında dərc olunub. O, beynəlxalq elmi forumlarda, konfranslarda dərin məzmunlu məruzələrlə çıxış edib. Görkəmli alimin qoyub getdiyi zəngin elmi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir. Azərbaycan xalqı onun mənalı geniş ictimai fəaliyyətini heç vaxt unutmayacaq.

Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademiklər Teymur Kərimov, Tofiq Hacıyev, professor Hidayət İsayev Cavad Heyətin ensiklopedik biliyə sahib olmasından, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, zəngin ədəbi irsinin əhəmiyyətindən, yüksəl insani keyfiyyətlərindən danışıblar. Qeyd ediblər ki, Cavad Heyətin fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Onun əsərlərində Azərbaycan dilinin inkişaf mərhələləri, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən geniş bəhs olunur. 1970-ci ildən nəşr etdirdiyiVarlıqdərgisi onu humanitar sahənin mütəxəssisi kimi tanıtdırmışdı. Cavad Heyət Azərbaycanın dünyada təbliğində əlindən gələni etmişdi. O, qəlbinin hökmü ilə Azərbaycan dilinin, ədəbiyyatının inkişafına xidmət edirdi, bu vəzifəni şərəflə yerinə yetirirdi. Onun ədəbi fikirləri ədəbiyyatşünaslığımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır. Cavad Heyət XX əsr tibb ədəbiyyatşünaslıq elmlərinin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim həkim kimi tibb ədəbiyyat tariximizdə əbədi qalmaq haqqını qazanmış insanlardandır. Bu böyük vətənpərvərin nurlu xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu Ağabəy Azərbaycani alimin xatirəsinə göstərilən hörmət ehtirama görə dərin minnətdarlığını bildirdi.

Görkəmli alimin cənazəsi son mənzilə yola salındı.

Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

 

Azərbaycan. - 2014.- 16 avqust.- S.5.