Yeni dərs ilində sinif yoldaşlarıma deməyə sözüm çoxdur

 

"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya biz gənclərin həyatında mühüm hadisədir. Çünki gözümüzü dünyaya açandan ilk dəfədir ki, belə bir aksiyada iştirak edirik. Yeni dərs ilində aksiya ilə bağlı sinif yoldaşlarıma deməyə sözüm çoxdur.

Bu sözləri Gəncə-Şəmkir-Göygöl marşrutu ilə bölgəyə ekskursiyaya gələn Siyəzən şəhərindəki 6 nömrəli orta məktəbin XI sinif şagirdi Nəzrin Qasımova Şəmkir şəhərində Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı AzərTAc-a müsahibəsində dedi.

Qeyd  etdi ki, Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi məqsədi daşıyan bu tədbir, şübhəsiz, bizim gələcək həyatımızda böyük önəm daşıyacaq. Sevinirik ki, Azərbaycan Prezidenti İlham Əliyev bizim yaxşı təhsil almağımız üçün geniş imkanlar yaratmaqla bərabər, ölkəmizi yaxından tanımağımız üçün də qayğı göstərir. Biz dövlətimizin başçısının bu qayğısına əsl vətəndaş olmaqla cavab verəcəyik.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.