Gözəllikdən doymur
ürək
Qədim tarixi, maraqlı turizm obyektləri olan Gəncəyə keçirilən tur-aksiya məndə xoş təəssürat yaratdı. Biz Gəncənin timsalında Azərbaycanın necə sürətlə inkişaf etdiyinin bir daha şahidi olduq.
Bu sözləri Şabran şəhərindəki 1 nömrəli
orta məktəbin X sinif
şagirdi Qələmi Həkimov
müsahibəsində dedi. O, əlavə
etdi ki, bizim üçün
ayrılmış xüsusi avtobusla Şabrandan Gəncəyə
gedərkən yolboyu rayonlarda
həyata keçirilən abadlıq və quruculuq
işlərinə maraqla baxırdıq. Bu xoş mənzərəni
seyr etdikcə ürəyimiz qürur hissi ilə dolurdu. Fəxr edirdik ki, belə bir ölkədə
yaşayırıq. Gəncəyə çatanda
gördüklərimiz isə ürəyimizi dağa
döndərdi. Park və xiyabanlar,
geniş və yaraşıqlı prospektlər
göz oxşayırdı. Doğrudur, Gəncə şəhərində aparılan geniş
abadlıq və quruculuq işləri barədə
məlumatım var idi.
Lakin bütün
bunları öz gözlərimlə
görməyim qəlbimdə sonsuz sevinc hissi yaratdı.
Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.