Tariximiziqoruyaq, abidələri də

 

Şəki nadir tarix-mədəniyyət və arxeoloji abidələri ilə zəngin bir diyardır. Azərbaycan milli memarlığının incisi Xan sarayı, Şəki xanlarının evi, Yuxarı və Aşağı karvansaralar, Kiş Alban məbədi, qədim insan yaşayış məskəni olan Təpəbaşı nekropolu bu bölgəni ziyarət edən yerli və əcnəbi turistlərin yüksək qiymətləndirdiyi bənzərsiz yerlərdir.

Tarixin bütün  dönəmlərində Şəkinin həyatında ipəkçilik mühüm yer tutmuşdur. İpəkçiliyin ən qədim sənət növlərindən olduğunu bu ərazidə aparılan arxeoloji qazıntılar da təsdiq edir. Orta əsrlərdə Şəki ipəyi dünya ticarətində ən gəlirli xammal sayılırdı. İpək almaq üçün Şəkiyə əcnəbi tacirlər, əsasən, Rusiya, Fransa, İtaliya, İran, Türkiyə, Çin, Hindistanbaşqa ölkələrdən gələrdilər. İpəkçiliyin inkişafı Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın bu qədim və gözəl şəhərini böyük karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansaraların tikilməsinə, yolların və körpülərin salınmasına, bir sözlə, şəhər həyatının canlanmasına, ticarətin və sənətkarlığın inkişafına əsaslı şəkildə təsir göstərmişdir.

Qədim Şəki bu güninkişafdan qalmır, gündən-günə dəyişən siması daha da gözəlləşir. Şəhərin qədim prospekt və küçələri bərpa olunaraq yenidən əvvəlki görkəmini alır. Qədimliklə müasirlik harmonik bir vəhdət təşkil edir. Dədə-babalarımız Şəkini məhz bu cür-sevə-sevə, qoruya-qoruya bizə ərməğan ediblər. Bizimborcumuz bu qədim şəhəri, onun qədim memarlıq abidələrini, sənət növlərini qiymətli bir yadigar kimi qorumaq, gələcək nəsillərə ötürməkdir.

 

Mirvari ZEYNALOVA

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 5.