«Bakı Metropoliteni»
QSC Fransa şirkəti ilə müqavilə
imzalayıb
"Bakı Metropoliteni"
QSC Fransanın "THALES SA" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Fransa şirkətindən idarəetmə
və işarəvermə
avadanlıqları alınacaq.
İlkin
mərhələdə alınacaq
avadanlıqlar "Bakı
Metropoliteni"nin tikilməkdə olan "Avtovağzal" və
"Memar Əcəmi-2" (Bənövşəyi xətt)
stansiyalarında istifadə
ediləcək.
Müqavilədə müasir tələblərə
cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə
avadanlıqlarının alınması,
quraşdırılması, proqram təminatı və sair məsələlər
öz əksini tapıb. Yeni sistemin tətbiqi
ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması,
həmçinin bu sahədə insan amilinin minimuma endirilməsi nəzərdə
tutulub.
Qeyd edək
ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın 3 şirkəti
arasında 5 anlaşma
memorandumu imzalanmışdır. "Alstom Transport SA", "BOUYGUES TRAVAUX
PUBLİCS, LLS", "THALES S.A" şirkətləri
ilə imzalanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün
adıçəkilən şirkətlərlə
qarşılıqlı əməkdaşlıq
edilməsi və müvafiq müqavilələrin
imzalanması nəzərdə
tutulmuşdur.
Azərbaycan. - 2014.- 20 avqust.- S. 3.