Cizgidən animasiyayadək

 

üçün multiplikasiya yox, animasiya?

 

Kino sənətinin əsas növlərindən biri  kimi tanınan animasiya, əsasən, uşaqlar üçün nəzərdə tutulur. Kinonun bu növünə  keçmiş Sovetlər birliyi dövründə multiplikasiya, bizdə isə cizgi filmi deyilirdi. Əslində, animasiya-  multiplikasiya filmləri rəsmləri, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib, ardıcıl lentə almaqla yaranan növdür. Animasiyada fantastika, bədii uydurma mühüm yer tutduğuna görə, mütəxəssislər bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir ya kinematoqrafiya texnikasından istifadə olunmaqla yaranan müstəqil sənət sahəsi sayırlar.

Elektronik kibernetik maşınların yaratdıqları filmlər var ki, onlara kompüter animasiyası deyilir. Mütəxəssislərin fikrincə, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqrafiya növü animasiya (canlandırma) adlandırılır. Animasiyanın əsas məramı hadisəni daha şux məzəli formada çatdırmaqdır.

Respublikamızda cizgi filmlərinin yaranması, əsasən, XX əsrin otuzuncu illərinin əvvəllərinə təsadüf edir. Həmin dövrdə ilk dəfə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılıb. 1969-cu ildə xalq nağılı motivləri əsasında "Cırtdan" cizgi filmi çəkilib. Yəni "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş ilk filmdir. Uşaqların çox sevdiyi bu film uzun müddət kinoteatrların ekranlarında nümayiş etdirilib.

Ötən əsrin yetmişinci illərində kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq film istehsal olunub. O zamanlar üç film daha çox yaddaqalan hesab edilib. Bunlardan ikisi - "Ayı siçan" "Şir öküz" mikrofilmləridir (ikinci film "Kaleydoskop-71" Ümumittifaq Kinoalmanaxına daxil edilib). Üçüncü  - "Fitnə" isə rəngli aplikasiya filmidir. Onu da qeyd etməliyik ki, "Çaqqal oğlu çaqqal" ilk genişekranlı Azərbaycan cizgi filmi hesab edilib. XX əsrin 80-ci illərində kinostudiyada daha 38 adda cizgi filmi istehsal olunub. 1990-cı ilin aprel ayında isə  Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçiblər. O zaman multiplikasiya sexinin adı dəyişdirilərək "Azanfilm" Yaradıcılıq İstehsalat Birliyi adlandırılıb.

Ötən əsrin 90-cı illərində "Azanfilm"də 19 cizgi filmi çəkilib. "Bir dəfə haradasa...",  "Oda", "Göyçək Fatma", "Karvan", "Güzgü", "Dəniz gəzintisi", "Ümid", "Söhbətül-əsmar", "Şüəla"E  kimi maraqlı baxımlı ekran əsərləri məhz həmin illərdə lentə alınıb.

Əlbəttə, animasiyaların uşaq psixologiyasının formalaşmasında müsbət mənfi təsirləri az deyil. Uşaq psixoloqu Elnur Bayramovla görüşüb bu barədə fikirlərini öyrəndik. Psixoloq qeyd etdi ki,  doğrudan da cizgi filmlərinin uşaq psixologiyasına təsiri çoxdur: "Müsbət təsirlər ondan ibarətdir ki, uşaqda dinamiklik, çeviklik yaradır. Məsələn, "Tom Ceri" cizgi filmi uşaqlarda yumor hissini gücləndirir".

 

25 kadr deyilən anlamın mənası...

 

Əgər uşaq animasiya filminə baxır orada döyüş səhnələri görürsə, onda mütləq şəkildə aqressiya yaranır. Həmin aqressiya 25 kadrda uşağın şüuraltısına daxil olur. Psixoloq E.Bayramov fikirlərinin davamında onu belə şərh etdi: "Münbit şərait yarandıqda aqressiya daha kəskin şəkildə ortaya çıxır. Televiziya kanallarında verilişdən öncə yazılır: "7+" ya "13+". Görəsən, buna hansı ailə əməl edir? Təbii ki, çox az ailə. Valideynlər elə düşünürlər ki, uşaq onu anlamır. Əslində, o da öz düşündüyü kimi anlayır bəzən sual verir: "O niyə onu öldürdü?" Biz isə cavabında "O, pis adam idi" deyirik. Deməli, buradan belə çıxır ki, guya, pis adamı öldürmək lazımdır. Həmin uşağın şüuraltısına bu söz həkk olunur zaman-zaman "öz həqiqəti" uğrunda mübarizə aparanda o, kiməsə qarşı zorakılıq edə bilər. Təəssüf ki, belə hallar cizgi filmlərində çoxdur.

Ümumiyyətlə, mütəxəssisin fikrincə, uşaqlar üçün nəzərdə tutulmuş ssenarilərdə psixoloqla məsləhətləşmək daha doğru yoldur. Uşaqlarda psixoloji gərginliyin yaranmaması üçün filmlər mütləq hər yaş təbəqəsinə uyğun çəkilməli milli-mənəvi mental dəyərlər nəzərə alınmalıdır. Mənfi obraz elə şəkildə təqdim edilməlidir ki, onun cəzası da aqressiyaya səbəb olmasın: "Xaricdə istehsal olan elə animasiyalar da var ki, (məsələn, "Simson" serialı) uşaqlar onlara baxa bilməzlər. Çəkilən filmlər arasında çox zəif olanları da var. Silsilə formasında verilən "Çəhrayı Pantera" olduqca mənasızdır. "Tom Ceri" macəralı olduğu üçün nisbətən ondan maraqlıdır. Uşaqlar üçün çəkilən filmlərdə qəddarlıq, qan olmamalıdır. Təəssüf ki, bu cür filmlər həddindən artıq çoxdur. Onlara baxandan sonra psixoloji gərginlik yaşayan uşaqlar da az deyil".

Yeri gəlmişkən, bu gün çoxsaylı animasiyalar var ki, onlar həm məzmununa, həm texniki həllinə, həm populyarlığına görə bədii filmlərlə rəqabətə girmək qabiliyyətinə malikdir.

 

Peşəkarlıq olan yerdə...

 

Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, "Azanfilm" cizgi filmlər studiyasının direktoru və bədii rəhbəri Fariz Əhmədov isə söhbət zamanı bildirdi ki, vaxtilə burada uşaqlar tərəfindən  sevilən "Basat və Təpəgöz", "Qızıl", "Siçanpişik" kimi  cizgi filmləri çəkilib: "Dövlətimizin uşaqlara qayğısı daim diqqətçəkən olub. Bu sahənin inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilən və çəkilişi məsləhət bilinən layihələr vaxtında maliyyələşdirilib. Lakin, əlbəttə, yaradıcılıq sahələrindəki problemlər heç də həmişə maliyyə vasitəsilə aradan qaldırılmır. Bu sahədə kadr boşluğu varsa, demək, problemlərdən qaçmaq mümkün deyil. Müstəqillik illərindən öncə bu sahədə on-on beş  nəfər animator olub, sonralar onların sayı tamamilə azalıb. Həmçinin cizgi rəssamları da barmaqla sayılıb, demək olar ki, ötən əsrin 90-cı illərində yaranan böhrandan sonra həmin mütəxəssislər də  seçdikləri peşədən uzaqlaşıblar".

Həmsöhbətimiz adıçəkilən sahədə yeniliklərə imza atılacağını əminliklə bildirdi və əlavə etdi ki,  müasir informasiya texnologiyalarının imkanları  animasiyaçıların da işinə yarayır: "Əvvəllər cizgilər 2D formatında (rəsmlər əllə işlənirdi)  çəkilirdisə, hazırda bu (3D formatına keçidlə bağlı) kompüter vasitəsilə görülürdaha keyfiyyətli film almaq olur.  Kadr probleminin həlli üçün müəyyən tədbirlər görülür. Ötən il 2 nəfər animatorumuz  Moskvaya ikiillik ixtisas kurslarına göndərilib".

 

12-15 dəqiqəlik animasiya 12 aya 150-200 min manata başa gəlir

 

"Nəzərə almaq lazımdır ki, 15-20 dəqiqəlik 3D formatlı animasiyanın çəkilişi üçün 150-200 min manat vəsait tələb olunur" deyən F.Əhmədov qeyd etdi ki, Cırtdan obrazını müasir formada indiki uşaqlara göstərsək, çox maraqsız olar: "Kompüter, mobil rabitənin inkişaf etdiyi dövrdə mövzuların aktuallığı da nəzərə alınmalıdır, çünki uşaqların maraq dairəsi genişlənir onu zənginləşdirmək tələb olunur. Axı uşaqlar teleinformasiya məkanı vasitəsilə  xarici animasiyaları görürlər. Lakin xaricdə çəkilən animasiya filmləri arasında efirə uyğun olmayanları  da az deyil, uşaqların sevə-sevə baxdıqları da! Əlbəttə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması uşaqlara təbliği baxımından xaricdə istehsal edilən elə animasiyalar var ki, onları yayımlamaq olmaz. Təəssüf ki, bəzən valideynlər özləri bunun fərqinə varmır, "təki uşaq xoşlasın" deyib onları alırlar. Animasiya filmləri bütün yaş təbəqələri üçündür. Belə filmlərin əhatə dairəsi çox genişdir".

Ramin Ələsgərovun ssenarisi əsasında  çəkilən, ilk dəfə daha çox, yəni 20 personajın iştirak etdiyi "Ən güclü kimdir" filmini balaca tamaşaçılara hədiyyə edən, həmçinin ötən il beynəlxalq Kann festivalının iştirakçısı olan "Azanfilm"in  kollektivi Azərbaycan animasiyasının 80 illik yubileyinə ciddi hazırlaşıb. İlk dəfə olaraq səkkiz seriyadan ibarət animasiyanın çəkilməsi nəzərdə tutulub ki, bu da ana dilimizlə bağlı layihədir. Bu əlamətdar hadisəyə hazırlaşan gənc animasiyaçılar keçmiş sovetlər dövründən bugünədək  respublikamızda çəkilmiş 100-dən artıq cizgi filminin sıradan çıxmasının qarşısını alıblar ki, onların 20-dən çoxu  bərpa edilib. Maraqlı faktlardan biri ilk cizgidən hələlik "sonuncu" adlandırılan animasiyayadək olan filmlərin elektron kataloqunun hazırlanmasıdır.

Adıçəkilən sahədə problemlər həllini gözləsə , diqqətçəkən məqamlar az deyil.  "Azanfilm"in istehsalı olan məhsullar bir çox beynəlxalq tədbirlərdə, müsabiqə festivallarda yüksək yerlərə layiq görülüb. "Fitnəkar milçək"lə "Səmada şəkil"in Rusiyanın Suzdal şəhərində keçirilən MDB Baltikyanı ölkələrdə son beş ildə çəkilmiş ən yaxşı animasiya filmlərinin XVIII açıq festivalında respublikamızı təmsil etməsini   əldə olunan uğurlardan saymaq olar.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 4.