Şəmkirli məktəblilərinin
respublikanın şimal bölgəsinə
ekskursiyası başa çatıb
”Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində
Şəmkir məktəblilərinin Quba-Qusar-Xaçmaz
marşrutu ilə ekskursiyası başa çatıb və
onlar rayona qayıdıblar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin əməkdaşları, eləcə də valideynlər qarşılayıblar. Tur zamanı qədim tarixə malik bölgənin adət-ənənələrini öyrənməklə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olan aksiya iştirakçıları təəssüratlarını bölüşüblər.
Qrupun rəhbəri Vəfa
Namazova ekskursiya ilə
bağlı bunları dedi: “Avtobusumuz Şəmkirdən
respublikamızın şimal bölgəsinə
çatana kimi bir neçə rayondan keçdik. Bu rayonları seyr etdikcə ürəyimiz dağa
dönürdü. Sanki
başqa bir aləmə
düşmüşdük. Geniş yollar, abad kəndlər, yaraşıqlı evlər
həyat şəraitinin yüksəlməsindən xəbər
verirdi. Hər üç
rayonla yaxından tanış olduq. 2007-ci ildə ərazidə torpaq işləri aparılarkən aşkar edilmiş Quba Soyqırımı Memorial
Kompleksinə ürək ağrısı ilə baxdıq. Bundan başqa, ekskursiya etdiyimiz rayonlarda fəaliyyət
göstərən Heydər Əliyev Mərkəzləri,
Xınalıq yolu üzərində yerləşən
dağ şəlaləsi,
arxitekturasına görə dünya otelləri
ilə rəqabətə girən “Rixos Quba Azerbaijan” oteli, Milli Qolf
Klubu, eləcə də ”Tufandağ”
Qış-Yay Turizm İstirahət Kompleksi, dağ-xizək trası tur-bizə çox maraqlı oldu. Bütün bunlar bizdə
vətənimizə olan məhəbbəti
birə on qat
artırdı və belə bir ölkədə
yaşamağımla fəxr etdim. Söz yox ki,
bütün bu gözəlliklər,
sürətli inkişaf ölkə
başçımızın gərgin əməyi sayəsində
mümkün olub. Odur ki, üzümü
prezidentimizə tutub deyirəm: - Çox sağ olun, Azərbaycan xalqı Sizin
gördüyünüz bu
işləri heç vaxt
unutmayacaq”.
Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.