Beyləqan məktəbliləri qədim və
müasir Qəbələdə
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən “Ölkəmizi
tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində
İmişli və Beyləqan rayonlarından olan 80 məktəblidən
ibarət iki qrup avqustun 17-də qədim və müasir Qəbələ
ilə tanış oldular.
AzərTAc xəbər verir ki, şagirdlərin Qəbələ ilə tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başladı. Şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə üç min nəfərə xidmət göstərildiyi barədə məlumat verildi. Şagirdlər kanat yolu ilə dağların zirvəsinə qalxaraq Qəbələ şəhərini, ətrafdakı gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər.
Sonra tarix-diyarşünaslıq muzeyinə gələn məktəblilər Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə etdilər. Bildirildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış oldular.
“Beltmann” piano
fabrikində istehsal prosesi
ilə yaxından tanış olan tur-aksiya iştirakçılarına müəssisə
barədə ətraflı məlumat verildi.
Bildirildi ki, burada dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
Daha sonra Nic
qəsəbəsinə gələn
şagirdlər buradakı
“Cotari” Alban kilsəsinə
böyük maraqla baxdılar. Məlumat verildi ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən
biridir. Nic qəsəbəsi tolerantlığın
kiçik bir modeli hesab edilir.
Tur-aksiya iştirakçıları
Çuxur Qəbələ
kəndində qədim
Qəbələ şəhərinin
xarabalıqları və
ərazidə aparılan
arxeoloji qazıntıların
nəticələri ilə
də tanış
oldular.
Qəbələdən xoş
təəssüratla ayrılan İmişli
və Beyləqan məktəbliləri Şəki şəhərinə
yola düşdülər.
Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.