Bu səfər həyatımın ən unudulmaz günləri olacaq

 

Təbiəti çox sevirəm. Həmişə Azərbaycanın səfalı yerlərini gəzmək arzusunda olmuşam. Tezliklə İsmayıllı, Qəbələ və Şəki rayonlarının füsunkar təbiəti, görməli yerləri ilə tanış olacağıq. Buna görə çox sevinirəm. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cəmalə Baxışova AzərTAc-a müsahibəsində dedi. Bildirdi ki, tur-aksiya mənim üçün ən böyük hədiyyədir. Bu səfər həyatımın ən unudulmaz günləri olacaq.

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 4.