«Əsrin
müqaviləsi»nə çatdıran
yollar
Dənizin dibində qərar
tutan "qara qızıl", sönməz
mavi alov mənbələridir. Bu sərvəti üzə çıxarmaq üçün
insan öz hünəri ilə dalğaların qoynuna baş vurur. Hələ keçən əsrin birinci yarısından bu xəzinəni üzə çıxarmağa
başlayıb. "Pirallahı"da estakadalar
qurub. "Bahar"da və "Qum-dəniz"də özüllər
quraşdırıb, "Neft
Daşları"nda dünyanı
heyrətə gətirən
şəhər salıb.
Lakin dəniz yalnız cəsurları
sevir. Bu dəli
dalğaların qoynunda hər kəs dözüm gətirə bilməz. Dənizin qoynunda polad
dirəklər və özüllər üzərində
hünər göstərən məhz polad
iradəli Azərbaycan neftçisidir. İndi "Azəri-Çıraq-Günəşli"yə,
"Şahdəniz"ə qovuşan da keçən
əsrdən başlayaraq həmin estakada və özüllərdən Azərbaycan
neftçisinin bəriyə doğru atdığı körpülər,
saldığı yollardır.
Azərbaycan. - 2014.- 21 avqust.- S. 1.