Andorra Respublikasının ilk Baş naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvü Oscar Ribas Reigin Gəncəyə
səfər edib
Andorra
Respublikasının ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin üzvü Oscar Ribas Reigin avqustun 20-də Gəncəyə
səfər edib.
AzərTAc xəbər verir ki, qədim Nizami yurdunda səmimi və mehribanlıqla qarşılanan qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.
Andorra Respublikasının ilk Baş naziri Oscar Ribas Reigin səmimi qarşılandığına görə Gəncə ictimaiyyətinə minnətdarlığını bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilməsindən çox məmnun olduğunu söyləyib. Qonaq bu yüksək etimada görə Mərkəzin idarə heyətinə təşəkkür edib.
Oscar Ribas Reigin dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üzərinə gül dəstələri düzüb. Burada fəaliyyət göstərən Nizami muzeyində olan Andorranın ilk Baş naziri Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxıb.
Sonra andorralı qonaq Heydər Əliyev Mərkəzinə gəlib.
O, dahi şəxsiyyətin abidəsini
ziyarət edib və Mərkəzlə
yaxından tanış olub. Ulu Öndərin həyat və fəaliyyətini
əks etdirən fotoşəkillərə baxan
qonaq Mərkəzdəki konfrans
zalında ictimaiyyət nümayəndələri
qarşısında məruzə ilə çıxış
edib.
Azərbaycan. - 2014.- 21 avqust.- S.3.