Açar-Bakı-2015,
Avropa Oyunları, könüllülük
Azərbaycanlı
gənclər “Bakı-2015” Avropa Oyunlarının keçirilməsini
səbirsizliklə gözləyirlər
Azərbaycanlı
gənclər “Bakı-2015” ilk Avropa Oyunlarının
keçirilməsini səbirsizliklə gözləyir.
AzərTAc xəbər verir ki, bu fikir Bakıda keçiriləcək birinci Avropa Oyunlarında könüllülüklə bağlı aparılmış sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransında səsləndirilib.
Bildirilib ki, 150 min 403 tələbə arasında aparılan sorğu ölkəmizdə indiyədək keçirilən ən böyük sorğudur. Sorğu iştirakçılarının 71 faizi Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə çox inanır.
Qeyd edilib
ki, 26 mindən çox
iştirakçı isə “Bakı-2015” Avropa
Oyunları Əməliyyat Komitəsinin Oyunların
keçirilməsi üçün nəzərdə
tutduğu 12 min
könüllüdən biri olmaq üçün ərizə
verməyi səbirsizliklə gözləyir.
Azərbaycan. - 2014.- 21 avqust.- S.3.