Naxçıvanda Bilik Fondu
və Multikulturalizm Mərkəzi yaradılacaq
Naxçıvanda Bilik Fondu və
Multikulturalizm Mərkəzi
yaradılacaq.
Bu sözləri Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev AzərTAc-a müsahibəsində
söyləyib.
Kamal Abdullayev deyib ki, dövlət başçısının 2014-cü il 7 və
15 may tarixli fərmanlarına
əsasən Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondu və Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılıb.
Artıq
Bilik Fondu formalaşma prosesini tamamlayıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
istiqamətində işlər
davam etdirilir.
“Bizim müxtəlif
ideoloji istiqamətlərdə
gördüyümüz işlərin
sırasında elələri
var ki, onlar
bu qurumlar vasitəsilə daha sistemli həyata keçiriləcək və
azərbaycançılıq ideologiyasının təbliğində
öz rolunu oynayacaq”, –deyən Kamal Abdullayev qeyd edib ki,
bu fəaliyyət həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə
yönələcək, eyni
zamanda milli, mədəni, tarixi, dini məsələlərdə
faydalı nəticələrini
verəcək.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri bildirib
ki, ölkəmizin bir çox regionlarında olduğu kimi, qədim Naxçıvan torpağında
da yaradılacaq Bilik Fondu və
Multikulturalizm Mərkəzi
burada yerli ziyalıların, yeniyetmələrin,
gənclərin iştirakı
ilə milli-mənəvi
dəyərlərimizin öyrənilməsi,
təşviq edilməsi
istiqamətində faydalı
işlər görəcəkdir.
Bilik Fondunun
bu il öz
fəaliyyətinə Bilik günündə
başlayacağını bildirən Kamal
Abdullayev onu da əlavə edib ki, fəaliyyətlə bağlı artıq bir çox layihələr
mövcuddur. Tədrislə, təhsillə,
mədəniyyətlə bağlı tədbirlər bir sıra məktəblərdə il boyu həyata
keçiriləcək. Bununla bizim gənclərimizin, yeniyetmələrimizin
fəallığı artacaq, onların fəaliyyətləri
daha mənalı olacaqdır.
Azərbaycan. - 2014.- 21 avqust.- S.3.