Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyeva Küveyt Dövlətinin
yüksək mükafatına layiq görülüb
Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək
mükafatına layiq görülüb.
Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.
Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib.
Qeyd edək ki,
bu, Küveyt
qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk
mükafatdır.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 1.